Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | “Gələcək mühəndislər” layihəsi çərçivəsində növbəti təlimlər keçirildi
Yerləşdirilmə tarixi : 16 İyul 2024 16:22
“Gələcək mühəndislər” layihəsi çərçivəsində növbəti təlimlər keçirildi

Sumqayıt Dövlət Universitetinin STP Şirkətlər Qrupu ilə birgə “Gələcək mühəndislər” layihəsi çərçivəsində iyulun 16-da “Azertexnolayn” MMC-nin Polad boru zavodunun istehsal müdiri Əhəd Şəfiyev, “PAŞA Property Management” şirkətinin layihə rəhbəri Toğrul Muxtarov tərəfindən təlimlər keçirildi.
Təlimin birinci hissəsində spiker Əhəd Şəfiyev avtomatika ixtisası üzrə təhsil alan tələbələrə “Sənayedə avtomatlaşdırılmanın üstünlükləri” mövzusunda çıxış etdi. PLC (Proqramlaşdırılan məntiqi kontroller) haqqında ümumi məlumat verdi.
Spiker Toğrul Muxtarov isə mexanika ixtisası üzrə təhsil alan tələbələr üçün “Layihənin idarəetməsi” mövzusunda təqdimatla çıxış etdi.
Təqdimatlardan sonra onlar öz təcrübələrini tələbələrlə bölüşərək, bu sahədə karyera imkanlarından danışdılar.
Təlimin ikinci hissəsində isə praktiki tapşırıqlar qrup işi formasında yerinə yetirildi və birgə müzakirələr aparıldı, təlim iştirakçılarının sualları spikerlər tərəfindən cavablandırıldı.
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az