Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Tələbəmiz “Əski Azərbaycan Əlifbası” kursundan məzun olub
Tələbəmiz “Əski Azərbaycan Əlifbası” kursundan məzun olub

11 iyul 2024-cü il tarixində “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondunun üç illiyi qeyd olunub. Tədbirdə ədəbiyyat, mədəniyyət və təhsil dairələrinin nümayəndələri iştirak edib.
Fondun İcraçı Direktoru Şəfəq Mehrəliyeva bildirib ki, bu il ilk dəfə olaraq müxtəlif ali məktəblərin filologiya ixtisası üzrə təhsil alan tələbələri “Əski Azərbaycan Əlifbası” kursuna qatılıb. Kursun ilk buraxılış sinfi tədbir zamanı keçirilən məzun törənində təmsil etdikləri Universitetlərin rektorları tərəfindən sertifikatla təltif olunublar.
Sumqayıt Dövlət Universiteti Filologiya fakültəsinin I kurs tələbəsi Alıyev Kənan Kamil oğlu da bu kursda iştirak edərək sertifikata layiq görülüb. Serifakatı SDU-nun rektoru dos. Rüfət Əzizov təqdim edib və Kənan Alıyevə uğurlar arzulayıb.

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az