Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da abituriyentlər üçün növbəti görüş təşkil edilib
SDU-da abituriyentlər üçün növbəti görüş təşkil edilib
İyulun 9-da qəbul imtahanlarında Sumqayıt şəhəri üzrə yuxarı bal toplayan abituriyentlər üçün Sumqayıt Dövlət Universitetinə infotur təşkil edildi.
İnfoturun məqsədi universitetdə yaradılan şərait, tədris prosesi və imkanlar haqqında məlumatlandırmaq idi.
Universitetin rektoru dosent Rüfət Əzizov məktəb nümayəndələrini və abituriyentləri salamladı, sənaye şəhərinin bilik və təcrübə mənbəyi olan genişprofilli Sumqayıt Dövlət Universitetində təhsil imkanları və üstünlükləri ilə bağlı ətraflı məlumat verdi. Universitetdə son illərdə təhsilin inkişafı istiqamətində əldə olunan uğurlardan, SABAH qrupları, təqaüd proqramlarından söz açdı, SDU-nun əsas strateji hədəflərini açıqladı  və abituriyentləri maraqlandıran sualları cavablandırdı.
Yüksək bal toplayan abituriyentləri  bir daha təbrik edən rektor, onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı.
Sonra abituriyentlər universitetlə yaxından tanış oldular.
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az