Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU THİK-in sədri “Beynəlxalq Gənclər Forumu” nda (TEMP 2024) iştirak edib
SDU THİK-in sədri “Beynəlxalq Gənclər Forumu” nda (TEMP 2024) iştirak edib

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi (ATİAHİ ) Belarus Təhsil İşçiləri Həmkarlar İttifaqları ilə ikitərəfli əməkdaşlıq əlaqələri çərçivəsində Belarusun Minsk şəhərində keçirilən “Beynəlxalq Gənclər Forumu” na (TEMP 2024) qatılıb.
Sumqayıt Dövlət Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Elmin Novruzlu Azərbaycanı təmsil edən nümayəndə heyətinin tərkibində iştirak edib.
Azərbaycanlı nümayəndələr forum çərçivəsində ölkəmizin milli mətbəxi, sərvətləri, iqtisadi məsələlər və Həmkarlar İttifaqlarının fəaliyyəti haqqında forum iştirakçılarına ətraflı məlumat veriblər.
Səfər çərçivəsində gənclər siyasətinin həyata keçirilməsi məsələləri, sosial tərəfdaşlıq və kollektiv müqavilələrin hazırlanması məsələləri müzakirə edilib, əlavə olaraq Belarusun tarixi abidələri, muzeyləri və “Belgee” maşın zavodunda “Geely” avtomobilinin istehsalı ilə tanış olunub.
Qeyd edək ki, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi Beynəlxalq Əməkdaşlıq çərçivəsində bəzi ölkələrin uyğun həmkarlar ittifaqı təşkilatları ilə təcrübə və informasiya mübadiləsi məqsədi ilə iki tərəfli əlaqələr qurur, eyni zamanda bir sıra beynəlxalq həmkarlar ittifaqlarının tam hüquqlu üzvüdür. ATİAHİ Respublika Komitəsi 1992-ci ildə Rusiya Federasiyasının Moskva şəhərində yerləşən Beynəlxalq Elm və Təhsil işçiləri Həmkarlar İttifaqları Birliyinə üzv qəbul edilmişdir. Respublika Komitəsi keçirilən beynəlxalq seminarlarda, forumlarda, konfranslarda səmərəli iştirak edir, həmçinin beynəlxalq səviyyələrdə təşkil edilən aksiyalara dəstək verir.

 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az