Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da şagirdlər arasında Azərbaycan tarixi üzrə keçirilmiş fənn olimpiadasının qalibləri mükafatlandırıldı
SDU-da şagirdlər arasında Azərbaycan tarixi üzrə keçirilmiş fənn olimpiadasının qalibləri mükafatlandırıldı
İyunun 28-də Sumqayıt Dövlət Universitetində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Sumqayıt şəhərinin 75 illiyinə həsr olunmuş “Qarabağ Azərbaycandır” devizi altında Sumqayıt şəhər məktəblərinin 9-11-ci sinif şagirdləri arasında keçirilmiş Azərbaycan tarixi üzrə fənn olimpiadasının qaliblərinin mükafatlandırılması mərasimi keçirildi.
Universitetin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru dosent Elmar Xəlilov olimpiadada qalib gələn şagirdləri, onların müəllimlərini və valideynlərini təbrik etdi. Bildirdi ki, ölkəmizdə təhsilin bütün sahələri üzrə dövlət proqramları və islahatlar uğurla həyata keçirilir. Belə proqramlar ümumtəhsil məktəblərindəki istedad və qabiliyyəti ilə seçilən şagirdlərin səmərəli təhsil almalarına, şəxsiyyət kimi formalaşmalarına, düzgün peşə seçmələrinə şərait yaradır. Təbii ki, bütün məktəblərdə çoxlu sayda istedadlı şagirdlər var. Sadəcə onları aşkar etmək, düzgün istiqamətləndirmək, qabiliyyətlərini inkişaf etdirmək lazımdır. Bu istiqamətdə Sumqayıt Dövlət Universiteti də böyük missiyanı yerinə yetirərək, mütəmadi olaraq şagirdlər üçün fənn olimpiadaları təşkil edir. Belə olimpiadaların keçirilməsində əsas məqsəd xüsusi istedadlı şagirdlərin üzə çıxarılması ilə yanaşı, onların bilik və bacarıqlarını nümayiş etdirmələrinə və peşə seçiminə hazırlanmalarına zəmin yaratmaqdır.
Prorektorun çıxışından sonra olimpiadanın qalibləri elan olundu.
Olimpiadanın nəticələrinə əsasən 1-ci yerə Təfəkkür liseyinin 9-cu sinif şagirdi Muhəmməd Quliyev, 27 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Nüsrət Mustafazadə, 9 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi İsrail Həsənzadə, 33 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Elmir Dadaşzadə, 2-ci yerə Təfəkkür liseyinin 9-cu sinif şagirdi İlkin Cəfərli, 23 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Mail Zamanov, 21 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Camal Rzayev, 3-cü yer üzrə 1 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Gülcan İsmayılova, TETG-nin 10-cu sinif şagirdi Aytac Baxşəliyeva, 12 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Mirzə Mirzəyev layiq görülərək müvafiq sertifikat və hədiyyələrlə təltif olundular.
Tarix və coğrafiya fakültəsinin dekanı professor Adil Baxşəliyev, Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının müdiri professor Şirxan Səlimov bilik yarışında fərqlənən şagirdləri təbrik edərək onlara təhsil həyatlarında uğurlar arzuladılar.
Qeyd edək ki, Azərbaycan tarixi fənni üzrə keçirilən olimpiadada Sumqayıt şəhərində fəaliyyət göstərən 39 məktəbdən 360 nəfər şagird iştirak etmişdir.
Şagirdlərə iki variantda təqdim edilmiş suallar Tarix və coğrafiya fakültəsinin
Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının əməkdaşları tərəfindən tərtib edilmişdir

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az