Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun bir neçə tələbəsi “SOCAR Türkiyə” Yay Təcrübə Proqramına qatılacaq
SDU-nun bir neçə tələbəsi “SOCAR Türkiyə” Yay Təcrübə Proqramına qatılacaq

 Sumqayıt Dövlət Universitetinin dörd tələbəsi: Mühəndislik fakültəsinin Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının tələbələri Nübar Nəcəfli, İlqar Həsənli, Kimya mühəndisliyi ixtisasının tələbələri Əfsanə Ağayeva və Asiman Şahkərimli “SOCAR Türkiyə” də yay təcrübə proqramında iştirak etmək imkanı qazanıblar. İyunun 25-də SDU-nun Karyera və məzunlarla iş mərkəzinin direktoru Nəsibə Əmirbəyova yay təcrübə proqramında iştirak hüququ qazanan tələbələrlə görüşərək, bu kimi təcrübə proqramlarının onların gələcək karyeralarına böyük töhfə verəcəyini bildirdi və tələbələrə uğurlar arzuladı. SDU-da tələbələr üçün təcrübə mühiti və nəzəri biliklərin tətbiqi, elmi və texnoloji sahə üzrə inkişaf etdirməni özündə birləşdirən universitet-sənaye əməkdaşlığından danışan Nəsibə Əmirbəyova bildirdi ki, SDU tələbələrini SOCAR-ın bütün idarə və istehsalat müəssisələrinə, ölkəmizdə fəaliyyət göstərən beynəlxalq şirkətlərə, həmçinin Türkiyənin “Petkim” şirkətinə istehsalat təcrübəsinə göndərir ki, bu da universitetin sənaye müəssisələri ilə sıx əlaqəsinin və tələbələrin gələcək karyeraları üçün yaradılan geniş imkanların bariz göstəricisidir. Qeyd edək ki, təcrübə proqramı iki ay davam edəcək. Tələbələrimiz iyulun 8 - indən avqustun 2-sinədək “SOCAR Downstream” də, avqustun 6 -sından sentyabrın 3 - ünədək “SOCAR Türkiyə” də təcrübə keçəcəklər

 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az