Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da “İnsan Hüquqları Aylığı” çərçivəsində maarifləndirici tədbir keçirilib
SDU-da “İnsan Hüquqları Aylığı” çərçivəsində maarifləndirici tədbir keçirilib

Məlum olduğu kimi, Ümummilli Lider Heydər Əliyev tərəfindən 1998-ci il iyunun 18-də ilk “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramının təsdiqi və insan hüquqlarının təmininin dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edildiyi nəzərə alınaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamı ilə 18 iyun tarixi ölkəmizdə İnsan Hüquqları Günü kimi təsis olunmuşdur. Ənənəvi olaraq hər il olduğu kimi bu əlamətdar gün ərəfəsində cəmiyyətdə hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişaf etdirilməsi, insan hüquqlarının müdafiəsi sahəsində əldə olunmuş nailiyyətlər, qarşıda duran vəzifələr barədə ictimai məlumatlılıq səviyyəsinin yüksəldilməsi məqsədilə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (Ombudsman) tərəfindən 18 may - 18 iyun tarixləri “İnsan Hüquqları Aylığı” elan edilmişdir. Bununla əlaqədar olaraq iyunun 20-də Sumqayıt Dövlət Universitetində İnsan Hüquqlarının müdafiəsinə dair maarifləndirici tədbir keçirildi. Tədbirdə universitetin Baş hüquqşünası Əminə Həsənova çıxış edərək ölkəmizdə insan hüquqlarının müdafiəsi istiqamətində görülmüş işlərdən, sosial cəhətdən həssas əhali qruplarının hüquqlarının təmini məsələlərindən söz açdı. Sonda mövzu ətrafında müzakirələr aparıldı, iştirakçıları maraqlandıran suallar cavablandırıldı.

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az