Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | “Gələcək mühəndislər” təlim proqramının iştirakçıları qonaq spikerlərlə görüşüb
Yerləşdirilmə tarixi : 20 İyun 2024 18:04
“Gələcək mühəndislər” təlim proqramının iştirakçıları qonaq spikerlərlə görüşüb
İyunun 20-də Sumqayıt Dövlət Universitetinin STP Şirkətlər Qrupu ilə birgə təşkil etdiyi “Gələcək mühəndislər” təlim proqramının növbəti sessiyası Spikerlər gününə həsr olunub.
Təlimin birinci hissəsində SOCAR AQŞ-nin əməliyyatlara dəstək xidmətləri üzrə meneceri Rövşən Bayramov şəxsi təcrübəsini tələbələrlə bölüşərək, “Komandaya əsaslanan karyera yolunda uğur bələdçisi” mövzusunda təqdimatla çıxış etdi, mühəndislik sahəsində liderlik, texnoloji dəstək və çətin şəraitdən çoxşaxəli kompleks əməliyyatların idarə edilməsindən bəhs etdi.
Təlim zamanı spiker dünya üzrə böyük neft-qaz yataqlarında istifadə olunan ən son texnologiyaların Azərbaycanda tətbiqi və inkişafı, habelə bəzi kritik avadanlıqlar barədə ətraflı məlumat verdi və bu mövzuda videoçarx təqdim olundu.
Təlimin ikinci hissəsində SDU-nun rektoru dosent Rüfət Əzizov “Gələcək mühəndislər” təlim proqramının əhəmiyyətindən bəhs etdi, mühəndislik sahəsində təhsil alan tələbələrə təlimin məqsədi, perspektivləri barədə məlumat verdi.
Bp-nin Orta Şərq regionunun Şimali Rumeyla yatağı üzrə əməliyyat meneceri Elxan Bəşirov “Proses təhlükəsizliyi və əməliyyatlarda liderlik” mövzusunda çıxış edərək mühəndislik prosesində təhlükəsizlik, bu proseslərlə bağlı xaricdə görülən işlər haqqında və əməliyyatların düzgün idarə olunmaması nəticəsində sənayedə yaranan təhlükələr barədə ətraflı məlumat verdi.
Təlim iştirakçıların ünvanladığı suallar əsasında müzakirələrlə yekunlaşdı.

 

 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az