Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirildi
SDU-da Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirildi

İyunun 14-də Sumqayıt Dövlət Universitetində “Milli Qurtuluş Günü: Azərbaycanın dövlətçilik tarixinin şanlı səhifəsi” mövzusunda tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan SDU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru dosent Elmar Xəlilov iştirakçıları salamlayaraq əlamətdar tarixi gün münasibətilə universitet kollektivini, tələbə və magistrantları təbrik edərək, bu günün qeyd edilməsinin əhəmiyyətindən danışdı. Azərbaycan xalqının taleyində dönüş anı hesab edilən bu tarixin ölkəmiz üçün böyük ictimai, siyasi və tarixi əhəmiyyət daşıdığını bildirən dosent Elmar Xəlilov Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra həyata keçirdiyi xilaskarlıq missiyasından bəhs etdi. Bildirdi ki, xalqların və dövlətlərin taleyində tarixi günlərin, yeni reallıqlar yaradan və inkişafa təkan verən ictimai-siyasi proseslərin olduqca böyük əhəmiyyəti var. Prorektor qeyd etdi ki, 90-cı illərdə Azərbaycanı ağır və dözülməz vəziyyətdən xilas edən yeganə lider məhz Ulu öndər Heydər Əliyev ola bilərdi. Xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ümummilli Lider Azərbaycanın müstəqilliyini qorumaqla bərabər, ölkəmizdə bütün sahələrin dinamik inkişafını təmin etdi. Bu gün Heydər Əliyevin ideyaları yaşayır. Onun siyasətini möhtərəm Prezidentimiz İlham Əliyev bütün sahələrdə qətiyyətlə və uğurla davam etdirir. Prezident, Ali Baş Komandanın rəhbərliyi ilə 2020-ci il işğalçı erməni ordusu üzərində Qarabağda tarixi qələbə bu siyasətin parlaq nümunəsidir. Giriş nitqindən sonra Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının dosenti Əmirxan İsayev “Milli Qurtuluş Günü: Azərbaycanın dövlətçilik tarixinin şanlı səhifəsi” mövzusunda məruzə etdi. Məruzə ətrafında Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının müəllimi Elşad Əliyev “Azərbaycanda hüquqi demokratik dövlət - vətəndaş cəmiyyəti quruculuğunda Heydər Əliyevin xidmətləri”, Maliyyə və mühasibat uçotu kafedrasının baş müəllimi Lyudmila İsmayılova “Qurtuluşdan inkişafa: Heydər Əliyevin sosial-iqtisadi siyasətinin uğurlu nəticələri”, Fəlsəfə, sosiologiya və politologiya kafedrasının dosenti Könül Mədətzadə “Heydər Əliyev və Azərbaycanın milli maraqlara əsaslanan xarici siyasət kursu” mözularında çıxış etdilər. Natiqlər Milli Qurtuluş Günündən başlayan və Azərbaycana tarixi uğurlar, şanlı Zəfər qazandıran şərəfli yoldan danışaraq Ümummilli Liderin şəxsiyyətinin böyüklüyündən, ölkəmizdə demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirilən islahatlardan bəhs etdilər. Qeyd etdilər ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz daha yüksək zirvələr fəth edəcəkdir. 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az