Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun rektoru “Qlobal Davamlı İnkişaf Konqresi” çərçivəsində keçirilən panel sessiyada çıxış edib
SDU-nun rektoru “Qlobal Davamlı İnkişaf Konqresi” çərçivəsində keçirilən panel sessiyada çıxış edib

 

    Daha əvvəl xəbər verdiyimiz kimi SDU-nun nümayəndə heyəti 10-13 iyun tarixlərində “Times Higher Education” (THE) Beynəlxalq Reytinq Agentliyinin təşəbbüsü ilə Tailand Krallığının paytaxtı Banqkok şəhərində keçirilən “Qlobal Davamlı İnkişaf Konqresi”ndə iştirak edib. Qeyd edək ki, tədbirə dünyanın 100-dən çox ölkəsindən 3000-dən artıq qlobal lider və innovator və 350-dən artıq məruzəçi qatılıb. 13 iyun tarixində “Qlobal Davamlı İnkişaf Konqresi” çərçivəsində baş tutan “Davamlı inkişaf sahəsində Azərbaycan təcrübəsi” panel sessiyasında SDU-nun rektoru dosent Rüfət Əzizov məruzəçi qismində “Davamlı İnkişaf üçün Elm Məzmunu: Ümumi Təhsil” mövzusunda təqdimatla çıxış edib. Rektor çıxışında Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı 2030-cu ilə qədər müəyyən olunmuş prioritetlərə müvafiq olaraq ümumi təhsil pilləsində aparılan islahatlar, “STEAM Azərbaycan” və “Rəqəmsal bacarıqlar” layihələri barədə məlumat verib. Həmçinin panel sessiyada Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Nicat Əsədli və Bakı Dövlət Universitetinin rektorunun keyfiyyət təminatı üzrə müşaviri Asiman İlyasov da çıxış edib.

 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az