Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da “Gələcək mühəndislər” təlim proqramı davam edir
SDU-da “Gələcək mühəndislər” təlim proqramı davam edir

Sumqayıt Dövlət Universitetinin STP Şirkətlər Qrupu ilə birgə “Gələcək mühəndislər” təlim proqramı davam edir. İyunun 11-də SDU müəllimləri tərəfindən birinci qrup üzrə Kimya mühəndisliyi, Mexanika mühəndisliyi, Neft - qaz mühəndisliyi ixtisaslarında təhsil alan tələbələrə “Materiallar haqqında məlumat” mövzusunda, ikinci qrup üzrə isə Proseslərin avtomatlaşdırılması mühəndisliyi, Cihazqayırma mühəndisliyi və s. kimi ixtisaslarda təhsil alan tələbələrə “Nəzarət ölçü cihazlarına giriş” mövzusunda təlimlər keçirildi. Təlimlər iki hissədən ibarət idi. Birinci hissədə tələbələrə mühazirə oxundu, ikinci hissədə isə qrup işi görüldü. Sonra avtomatika ixtisasının tələbələri universitetdə bu sahə üzrə fəaliyyət göstərən laboratoriyalar ilə yaxından tanış oldular. Qeyd edək ki, təlim proqramının davamı olaraq iyunun 13-də tələbələr GİLTEX MMC-yə ekskursiya edəcəklər.

 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az