Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | British Council-un təşkilatçılığı ilə ingilis dili dərsləri davam edir
Yerləşdirilmə tarixi : 11 İyun 2024 16:16
British Council-un təşkilatçılığı ilə ingilis dili dərsləri davam edir

Sumqayıt Dövlət Universitetində BP şirkətinin maliyə dəstəyi və British Council-un təşkilatçılığı ilə universitetin 40 elmi-pedaqoji heyyətinin ingilis dili biliklərinin artırılması və təkmilləşdirilməsi məqsədilə onlayn dərslər davam edir. Dərslər dil səviyyələrinə uyğun dörd qrupda həftədə üç dəfə olmaqla aparılır. Əməkdaşlar dərslərdə fəal iştirak edirlər. Dərslərin yay ayları ərzində də davam etməsi nəzərdə tutulur. Layihə iştirakçıların əldə etdiyi bilik və bacarıqların gələcəkdə universitetdə tədris ingilis dili qruplarında tətbiq etməsi məqsədi daşıyır. Dərslərə həmçinin SDU-nun Dil və tərcümə mərkəzi tərəfindən nəzarət olunur. 

 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az