Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU Banqkokda “Qlobal Davamlı İnkişaf Konqresində” rəhbər heyət və sərgi-stend ilə təmsil olunur
SDU Banqkokda “Qlobal Davamlı İnkişaf Konqresində” rəhbər heyət və sərgi-stend ilə təmsil olunur

 “Times Higher Education” (THE) Beynəlxalq Reytinq Agentliyinin təşəbbüsü ilə Tailand Krallığının paytaxtı Banqkok şəhərində “Qlobal Davamlı İnkişaf Konqresi” keçirilir.  Dünyanın 100-dən çox ölkəsindən 3000-dən artıq qlobal lider və innovator “Davamlı inkişaf” ilə bağlı müzakirələrə qoşulub.Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə keçirilən konqres iyunun 10-da başlayıb və 13-ünədək davam edəcəkdir. Qeyd edək ki, Azərbaycan pavilyonunda Sumqayıt Dövlət Universiteti də təmsil olunmaqdadır. Əlavə olaraq, 13 iyunda “Azərbaycanın dayanıqlı inkişaf təcrübələri” panelində SDU-nun rektoru, dosent Rüfət Əzizov spiker qismində çıxış edəcəkdir. Konqres çərçivəsində “Times Higher Education” (THE) beynəlxalq reytinq agentliyi tərəfindən universitetlərin fəaliyyətinin Birləşmiş Millətlər Təşkilatının 17 Dayanıqlı İnkişaf Məqsədi üzrə qiymətləndirildiyi “THE Impact 2024” reytinqinin nəticələri də rəsmi elan ediləcəkdir

 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az