Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da “Rəqəmsal bacarıqların inkişaf etdirilməsi” təlimlərinə başlanıldı
SDU-da “Rəqəmsal bacarıqların inkişaf etdirilməsi” təlimlərinə başlanıldı

İyunun 10-da Sumqayıt Dövlət Universitetində Tədris Metodiki Mərkəzin təşkilatçılığı ilə universitet əməkdaşlarının rəqəmsal bacarıqlarının inkişaf etdirilməsi istiqamətində təlimlərə start verildi.
Təlimi giriş sözü ilə açan SDU-nun Tədris Metodiki Mərkəzinin direktoru dosent Osman Hacıyev müasir informasiya kommunikasiya texnologiyalarının (İKT) imkanlarından maksimum bəhrələnmək məqsədi daşıyan təlimin mahiyyəti barədə məlumat verdi. Rəqəmsal bacarıqların inkişaf etdirilməsinin günün qaçılmaz gerçəkliyi olduğunu qeyd edən Mərkəz direktoru təlim iştirakçılarına uğurlar arzuladı.
İnformatika kafedrasının baş müəllimi, təlimçi Aygün Tağıyeva 8 məşğələdən ibarət iyun ayının 30-dək davam edəcək təlimlərin təhsilverənlərin müasir İKT qurğuları ilə işləmək bacarıqlarının təkmilləşməsinə xidmət məqsədilə təşkil olunduğunu bildirdi.
İnformasiya məkanında tətbiqi normaya çevrilən rəqəmsal qurğuların texniki imkanlarının müzakirə olunduğu ilk təlim iştirakçıların interaktivliyi ilə davam etdirildi.

 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az