Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun akademik heyəti üçün “Dayanıqlı İnkişaf Məqsədləri” mövzusunda təlim keçirildi
SDU-nun akademik heyəti üçün “Dayanıqlı İnkişaf Məqsədləri” mövzusunda təlim keçirildi

İyunun 10 – da Sumqayıt Dövlət Universitetində Dayanıqlı İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Gənclər Fondunun Gənclərin inkişaf və karyera Mərkəzinin Naftalan bölməsinin əməkdaşı Əfqan Baxşəliyev tərəfindən universitetin akademik heyəti üçün nəzərdə tutulan “Dayanıqlı İnkişaf Məqsədləri” mövzusunda təlim keçirildi.
Təlimin mühüm bir mövzuya həsr olunduğunu diqqətə çatdıran mərkəzin direktoru Nəsibə Əmirbəyova çıxış edərək SDU-da Dayanıqlı İnkişaf Mərkəzinin yaradılmasından və DİM-lə bağlı maarifləndirmənin artırılması məqsədilə təşkil olunan ilk təlimin əhəmiyyətindən danışdı.
Nəsibə Əmirbəyova BMT-nin 17 Dayanıqlı İnkişaf Məqsədi barədə məlumat verərək ölkəmizdə bu məqsədlərə nail olunması istiqamətində görülmüş işlərdən bəhs etdi. Bildirdi ki, BMT və onun tərəfdaşları Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq istiqamətində çalışırlar. Azərbaycanın regionları sürətlə inkişaf edir, yeniləşir, müasirləşir. Bu da dayanıqlı inkişafın məqsədlərindən biridir. Bununla yanaşı, təhsilin keyfiyyətinin yüksəldilməsi, ali təhsildə rəqabətqabiliyyətliliyin artırılması dayanıqlı inkişafın vacib amillər sırasındadır.
Daha sonra təlimçi Əfqan Baxşəliyev “Dayanıqlı inkişaf məqsədləri” mövzusunda geniş məzmunlu təqdimatla çıxış etdi, dayanıqlı inkişaf məqsədlərinin ali təhsil müəssisələrinin fəaliyyətlərinə inteqrasiyası və bu istiqamətdə Avropa təcrübəsinin öyrənilməsindən danışdı. Bildirdi ki, dünyada gedən qloballaşma, rəqəmsallaşma prosesi bütün sahələrdə olduğu kimi müasir çağırışlar ali təhsil sisteminin müntəzəm yenilənməsini tələb edir. Bu istiqamətdə dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsində təhsil mühüm əhəmiyyət kəsb edir. DİM-in 4-cü məqsədi də keyfiyyətli təhsillə bağlıdır. Çünki dayanıqlı inkişafın kökündə təhsil durur. Dayanıqlı inkişaf hər kəs üçün vacibdir. Bu səbəbdən də dayanıqlı inkişaf məqsədlərinin qarşıya qoyulan hədəflərinə çatması üçün proses həm dövlət, həm də cəmiyyət tərəfindən dəstəklənməlidir. Təlimçi DİM - 5 Gender bərabərliyi haqqında da çıxış etdi.
Təlimin sonunda mövzu ətrafında geniş fikir mübadiləsi aparıldı və iştirakçıların sualları cavablandırıldı.

 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az