Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun əməkdaşı Azərbaycan Dövlət İqtisad Universitetinin koordinatorluğu ilə keçirilən beynəlxalq tədbirlərdə iştirak edib
SDU-nun əməkdaşı Azərbaycan Dövlət İqtisad Universitetinin koordinatorluğu ilə keçirilən beynəlxalq tədbirlərdə iştirak edib

Azərbaycan Dövlət İqtisad Universitetinin (unec.edu.az) koordinator, Sumqayıt Dövlət Universitetinin tərəfdaş olduğu “Azərbaycan Universitetlərində Yaşıl və Dayanıqlı İqtisadiyyatın Təkmilləşdirilməsi: Bərpa Olunan Enerji və İqlim Dəyişikliklərinin Azaldılması - REFRESH” layihəsi çərçivəsində 22 may tarixində yerli və xarici qonaqlarının iştirakı ilə menecment görüşü baş tutub. Görüşdə Azərbaycan Dövlət İqtisad Universiteti, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Texnologiya Universiteti, Gəncə Dövlət Universiteti, Mingəçevir Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti, Danimarka Texniki Universiteti, Boloniya Universiteti və İsveçin KTH Kral Texnologiya İnstitutunun nümayəndələri iştirak ediblər.
Görüş zamanı REFRESH layihəsinin keyfiyyət planı, iş paketləri üzrə görülmüş və planlaşdırılan işlər, ISCEMR-2024 Konfransında REFRESH layihəsinə həsr olunmuş paneldə spikerlərin çıxışı, layihənin təbliğat planı və noyabr ayında Bakıda təşkil olunacaq COP29 tədbirində layihə tərəfdaşlarının iştirak imkanları, həmçinin Azərbaycanın COP29 tədbirinə ev sahibliyi etməsinin əhəmiyyəti kimi məsələlər müzakirə olunub.
Menecment görüşündə iştirak edən qonaqlar eyni zamanda 23 may tarixində Heydər Əliyev Mərkəzi, (UNEC), Regional İnkişaf İctimai Birliyi, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin birgə təşkilatçılığı ilə İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların VI Beynəlxalq Elmi Konfransında da iştirak ediblər. Qeyd edək ki, konfrans çərçivəsində “Azərbaycan Universitetlərində Yaşıl və Dayanıqlı Qlobal İqtisadiyyatın Təkmilləşdirilməsi: Bərpa Olunan Enerji və İqlim Dəyişikliklərinin Azaldılması - REFRESH” layihəsinin təbliğat planının icrasına əsasən xüsusi panel keçirilib. REFRESH layihəsi ilə eyniadlı olan tədbirin 1-ci panelində layihənin xarici tərəfdaşları olan İtaliyanın Boloniya Universiteti , Danimarka Texniki Universiteti və İsveçin KTH Kral Texnologiya İnstitutunun layihə üzrə nümayəndələri spiker qismində çıxış edərək, mövzu ilə əlaqədar təmsil etdikləri ölkənin təcrübələrini bölüşmüş, Azərbaycan üzrə müqayisəli təhlillər etmiş, eləcə də auditoriyadan verilən sualları cavablandırmışlar.
Görüşlərdə SDU-nu Təbiət elmləri fakültəsinin dekanı dos. Rəşad Səlimov təmsil edib. 

 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az