Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun tələbələri Respublika Fənn Olimpiadasından uğurla qayıdıblar
SDU-nun tələbələri Respublika Fənn Olimpiadasından uğurla qayıdıblar
Sumqayıt Dövlət Universitetinin Tarix və coğrafiya fakültəsinin Coğrafiya və onun tədrisi metodikası kafedrasının baş müəllimi Məsud Alməmmədlinin rəhbərliyi ilə fakültənin tələbələri Bakı Dövlət Universitetində ali məktəb tələbələri arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə və BDU-nun 105 illik yubileyinə həsr olunmuş Coğrafiya fənni üzrə Respublika Olimpiadasında iştirak ediblər.
Olimpiadada fakültənin digər tələbələri Sənan Mönsümov və Məhəmməd Abbasov fəal iştiraklarına görə fərqləniblər. Mayın 24-ü BDU-da baş tutan təltifetmə mərasimində Mətin Həsənov 3-cü yer üzrə diploma, Sənan Mönsümov və Məhəmməd Abbasov isə sertifikatlara layiq görülüblər.
Qeyd edək ki, olimpiadanın keçirilməsində məqsəd ölkəmizdə peşəkar mütəxəssis hazırlığının keyfiyyətini daha da yüksəltmək, istedadlı tələbələri müəyyən etmək, onları elmi-tədqiqat fəaliyyətinə cəlb etməkdir.
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az