Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Tələbələrimizin idmandakı uğurları davam edir
Tələbələrimizin idmandakı uğurları davam edir
Mayın 30-da Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi və AHİTA ilə razılaşdırılmış təqvim planına əsasən “Gənclik” Tələbə İdman Cəmiyyəti Respublika Şurasının təşkilatçılığı ali təhsil müəssisələrinin tələbələri arasında Kəndirdartma (kişi, qadın) idman növü üzrə Respublika Çempionatı keçirildi.
Ali təhsil müəssisələrindən ümumilikdə 11 komandanın iştirak etdiyi yarışda Sumqayıt Dövlət Universitetinin komandası rəqiblərini məğlub edərək yarım finala çıxdı. Yarım finalda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin komandasına qalib gələrək finala çıxan komandamız Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasına məğlub olaraq 2-ci yerə layiq gəldilər.
Bakı şəhər birinciliyində də öz gücünü sınayan SDU komandası təkcə Kəndirdartma Federasiyasının komandasından geri qalaraq 2-ci yerlə kifayətləniblər.
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az