Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU ilə Qüsursuz Nitq Təlim-Tədris Mərkəzinin qarşılıqlı əməkdaşlığı çərçivəsində həyata keçirilən “Xəmsə” layihəsi uğurla yekunlaşdı
SDU ilə Qüsursuz Nitq Təlim-Tədris Mərkəzinin qarşılıqlı əməkdaşlığı çərçivəsində həyata keçirilən “Xəmsə” layihəsi uğurla yekunlaşdı
Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsinin və Qüsursuz Nitq Təlim-Tədris Mərkəzinin qarşılıqlı əməkdaşlığı çərçivəsində həyata keçirilən “Xəmsə” layihəsi uğurla yekunlaşıb. Üç həftə davam edən layihədə Qüsursuz Nitq Psixologiya Mərkəzinin rəhbəri Defektoloq - loqoped Esmira Qafarova olmaqla, mərkəzin digər mütəxəssisləri təlimçi qismində çıxış ediblər.
Ümumilikdə nəzərdə tutulan təlimdə 10 saat olmaqla “Ümumi nitq qüsurları və korreksiya metodları” (Esmira Qafarova), “Şüuraltı travmalardan necə xilas olaq?” (Cavid Əhədov), “İnklüziv təhsildə universal öyrənmə dizaynı” (Humay Nəzərli), “Duyubütünləmə nədir və nə üçün vacibdir?” (Dr. Nadir Əlirzalü), “Oyun terapiyasının uşagın psixi inkişafında rolu?” (Ələsgərzadə Ərtoğrul) mövzuları müzakirə olunmuş, tələbələrin bilik və bacarıqlarının artırılması istiqamətində müxtəlif təcrübələr təqdim olunmuşdur.
Filologiya fakültəsinin ixtisasyönümlü tələbələri bu təlimlərə böyük maraqla qoşulmuş, təşkil olunan müzakirələrdə fəallıq göstərmişdir. Layihə yekunlaşdıqdan sonra Defektoloq-loqoped Esmira Qafarova tərəfindən fəal iştirakçılara sertifikatlar təqdim olunub.
Bu layihənin tələbələr üçün böyük əhəmiyyəti olduğunu vurğulayan fakültə dekanı dosent Günel Paşayeva təşkilati dəstək üçün Pedaqogika və psixologiya kafedrasının müdiri dosent Aytəkin Məmmədovaya və Qüsursuz Nitq Mərkəzinin rəhbəri Esmira Qafarova başda olmaqla onun komandasına təşəkkürünü ifadə edib.
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az