Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Tələbələrimizin istehsalat təcrübələri uğurla davam edir
Yerləşdirilmə tarixi : 30 May 2024 13:12
Tələbələrimizin istehsalat təcrübələri uğurla davam edir
Sumqayıt Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin 4-cü kurs tələbələri 11 may 2024-cü il tarixindən 7 iyun 2024-cü il tarixinədək Sumqayıt şəhərinin idarə və müəssisələrində diplomqabağı istehsalat təcrübəsi keçirlər. Tələbələrin əvvəlki illərdə təcrübə keçdiyi strukturların siyahısı bu il yeniləri hesabına genişlənmiş və bəziləri ilə müqavilələr yenilənmişdir. Tədris proqramlarına əsasən əvvəlki illərdən fərqli olaraq bu tədris ilində təcrübə müddəti xeyli azaldılmışdır. Buna görə də, tələbələrdən az müddət ərzində daha çox şey öyrənmək tələb olunur.
Mütəmadi olaraq müəssisə və təşkilatlardan təhkim olunan təcrübə rəhbərləri ilə bərabər monitorinq həyata keçirilir. Əvvəlki təcrübələrdən özlərini yaxşı tərəfdən göstərdikləri halda müəssisə və təşkilatlar tərəfindən tələbələrin işə qəbul olunması təcrübəsi onların motivasiyasını daha da artırır.
Qeyd edək ki, yekunda təcrübə dövründə əldə edilmiş biliklərin, qazanılmış təcrübənin ixtisaslar üzrə təşkil olunmuş komissiya tərəfindən qiymətləndirilməsi həyata keçiriləcəkdir. Tələbələr hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli strukturları, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Sumqayıt şəhəri üzrə Maliyyə İdarəsi, ASAN xidmət mərkəzi, Kapital Bank ASC, Bank Avrasiya ASC, Atəşgah Sığorta Şirkəti, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Sumqayıt şəhər Bələdiyyəsi, Sumqayıt Statistika şöbəsi və s. yerlərdə təcrübələrini davam etdirirlər.
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az