Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da "Repressiya qurbanlarına Heydər Əliyev qayğısı: Hüseyn Cavidi anırıq" adlı tədbir baş tutdu
SDU-da "Repressiya qurbanlarına Heydər Əliyev qayğısı: Hüseyn Cavidi anırıq" adlı tədbir baş tutdu

Mayın 29-da Sumqayıt Dövlət Univetsitetinin Akt zalında “VİP” Mərkəzinin təşkilatçılığı ilə “Repressiya qurbanlarına Heydər Əliyev qayğısı: Hüseyn Cavidi anırıq” adlı tədbir baş tutdu. İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Daha sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. “VİP” Mərkəzinin təsisçisi və Baş direktoru, AJB, AYB və AAB-nin üzvü, yazıçı-jurnalist Aygün Hacıyeva bugünkü tədbirin Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü çərçivəsində keçirildiyini bildirdi. Tədbirin keçirilməsi üçün şərait yaratdığına görə universitet rəhbərliyinə təşəkkürünü bildirdi. Aygün Hacıyeva Azərbaycan poetikasında romantizmin banisi, ədəbi tənqiddə daha çox Şərqin Şekspiri kimi xarakterizə edilən Stalin repressiyasının qurbanı Hüseyn Cavidə həsr olunan tədbirin gənclər üçün maraqlı olacağına əminliyini qeyd etdi. SDU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru dosent Elmar Xəlilov gəncliyin, xüsusilə onun avanqardı olan tələbələrin müasir dövlətçiliyimizin banisi Heydər Əliyevi daha yaxından tanımaq üçün oxşar tədbirlərin əhəmiyyətini vurğuladı. Böyük siyasət və dövlət xadimləri dövlətçilik ənənələrini ancaq bərqərar etmir, onun əbədiliyində həlledici rol oynayan gəncliyin mütərəqqi ideya daşıyıcısına çevrilməsinə çalışırlar deyən Elmar Xəlilov indiki tədbirin buna görə təqdirəlayiq olduğunu qeyd etdi. İdeologiyaların fundamental rolundan danışan prorektor yaradıcılığında azərbaycançılıqla bərabər, bəşəri dəyərləri təbliğ edən Hüseyn Cavidin nəşinin doğulduğu Naxçıvana gətirilərək orada dəfn edilməsinin mənəvi çəkisindən danışdı. Daha sonra videoçarx nümayiş olundu. Hüseyn Cavidin nəşini gətirən komissiyanın sədri, ehtiyatda olan polkovnik Həmid Cəfərov o tarixi anlardan danışdı. 1982-ci ilin payızında Azərbaycan SSR-nin rəhbəri Heydər Əliyevin göstərişi ilə uzaq Sibirdə Cavidin məzarının tapılması, nəşinin ölkəmizə gətirilməsi barədə danışan Həmid Cəfərov hər an Ümummilli Liderin SSRİ miqyasındakı nüfuzunu hiss etdiklərini yada saldı. Məsələ ətrafında ictimai xadim, Beynəlxalq Sülh səfiri, “Dövlət və Qanun” qəzetinin Baş redaktoru Yasəmən Möhübbətqızı, AYB-də “Multikulturalizm məsələləri üzrə” məsul şəxs, “Mədəni İnkişafın Təbliği” İB-in sədri, “mit.medua.az” saytının rəhbəri şair Xatirə Fərəcli, “Ağrıdağ” Cəmiyyətinin sədri, Nərimanov rayon Ağsaqqallar Şurasının sədr müavini Kamil Babayev, “Vetenim-Azerbaycandır.az” və “ondertv.org” saytlarının rəhbəri Kamran Orucov, Hərbi Dəniz Donanması hospitalının əməkdaşı, Nərimanov rayon Ağsaqqallar Şurasının üzvü Zülfiyyə
İsmayılova çıxış edərək Ümummilli Lider Heydər Əliyevin bu istiqamətdəki fəaliyyətindən danışdılar.
Sonda Sumqayıt Dövlət Universitetinin Elmi kitabxanasının müdiri Nailə Əmrahova çıxış edərək belə tədbirlərin, görüşlərin mahiyyətini və gənclərin maariflənməsi istiqamətində əhəmiyyətini vurğulayaraq tədbirin təşkilatçılarına və təşrif buyuran qonaqlara təşəkkürünü bildirdi..

 

 

 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az