Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da SABAH qruplarının bakalavriat səviyyəsinə tələbə qəbulu ilə bağlı infosessiya keçirilib
SDU-da SABAH qruplarının bakalavriat səviyyəsinə tələbə qəbulu ilə bağlı infosessiya keçirilib
Sumqayıt Dövlət Universitetində 29 may 2024-cü il tarixində  2024-2025-ci tədris ili üzrə SABAH qruplarının bakalavriat səviyyəsinə tələbə qəbulu ilə bağlı infosessiya keçirilib.
Rektor Rüfət Əzizov qonaqları və iştirakçıları salamladıqdan sonra, təhsildə göstəriciləri ilə fərqlənən tələbələrə yüksək keyfiyyətli təhsil almaq üçün əlverişli şəraitin yaradılmasından və  bu istiqamətdə SABAH qruplarının əhəmiyyətindən  söz açıb. O, bildirdi ki, 2024/2025-ci tədris ilindən başlayaraq Sumqayıt Dövlət Universitetində Kimya mühəndisliyi, Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi, Riyaziyyat və informatika müəllimliyi ixtisasları üzrə SABAH bakalavr qruplarına qəbul aparılacaq. Rektor SABAH qruplarının tələbələr üçün üstünlüklərdən danışaraq qeyd edib ki, onlar xarici mübadilə proqramlarında iştirak və müasir müəssisə və şirkətlərdə ixtisas təcrübəsi imkanları əldə edəcək, yeni məzmunlu proqramlar vasitəsilə tədrisin təşkilindən bəhrələnə biləcək, ixtisas üzrə kompetensiyalara tam yiyələnəcək, o cümlədən tədrisdənkənar fəaliyyətlərə cəlb olunacaqlar. Rüfət Əzizov çıxışının sonunda peşəkar mütəxəssis kimi formalaşmaq istəyən hər bir tələbəyə onlar üçün yaradılan bu imkandan faydalanmağı tövsiyə edib. 
Bundan sonra, SABAH qruplarının İcra Komitəsinin rəhbəri Elza Səmədova SABAH qruplarının fəaliyyəti, tələbə qəbulu qaydaları, seçim mərhələləri, tələbə və məzunların nailiyyətləri haqqında məlumat verib, eləcə də müasir ixtisaslı kadr hazırlığında SABAH qrupları məzunlarının əmək bazarındakı rolundan danışıb. O, bildirdi ki, SABAH qrupları  üzrə artıq region universitetlərində (Sumqayıt Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti və Qarabağ Universiteti) tələbə qəbulu aparılacaq və qeydiyyat iyunun 8-dək davam edəcək.
Sonda tələbələr tərəfindən verilən suallar Elza Səmədova  tərəfindən cavablandırılıb. 
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az