Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Danimarka və İtaliyadan alimlərin iştirakı ilə SDU-da bərpa olunan enerji mənbələri ilə bağlı elmi seminar keçirildi
Danimarka və İtaliyadan alimlərin iştirakı ilə SDU-da bərpa olunan enerji mənbələri ilə bağlı elmi seminar keçirildi

23 may 2024-cü ildə İtalyanın Bolonya Universitetinin professoru Paolo Valdiseri və Danimarka Texniki Universitetinin (DTU) professorları Mads Peter Sorensen və Per Sieverts Nielsen Sumqayıt Dövlət Universitetində olub. Qonaqlar SDU ilə tanış olduqdan sonra rektor dosent Rüfət Əzizovla görüşüb. Rektor Avropa Komissiyası tərəfindən maliyyələşdirilən Erasmus+ layihəsi çərçivəsində SDU-nun da tərəfdaşı olduğu “REFRESH” layihəsindən danışaraq bildirib ki, bərpa olunan enerji mənbələri üzrə kurikulumun hazırlanması və universitetlərdə milli kadr hazırlığı baxımdan bu layihə yüksək qiymətləndirilir. Qonaqlar da öz növbəsində layihə çərçivəsində universitetlərlə əməkdaşlığın perspektiv istiqamətləri barədə məlumat veriblər.
Daha sonra DTU-nun professoru Mads Peter Sorensen "REFRESH" çərçivəsində DTU-da Azərbaycan tərəfdaşları ilə birgə həyata keçirilən Müəllimlərin Təlimi (ToT) seminarı haqqında danışıb. Bolonya Universitetindən professor Paolo Valdiseri isə "Binalarda enerji səmərəliliyi" mövzusunda professor-müəllim heyəti və tələbələr qarşısında çıxış edərək "yaşıl iqtisadiyyat" və bərpa olunan enerji sahəsində texniki idarəetmə və təhsil innovasiyalarını əhatə edən tədqiqatların vacibliyindən bəhs edib. Tədbir, professor-müəllim heyətinin və Avropa İttifaqının tərəfdaş universitetlərinin nümayəndələrinin iştirakı ilə keçirilən müzakirələrlə davam edib.
Qeyd edək ki, SDU-nun da tərəfdaşı olduğu "Azərbaycan universitetlərində yaşıl və dayanıqlı iqtisadiyyatın təkmilləşdirilməsi: Bərpaolunan enerji və iqlim dəyişikliklərinin azaldılması - REFRESH" layihəsi üzrə konsorsiuma 6 yerli və 4 Avropa universiteti (İspaniyanın Barselona Universiteti, İtaliyanın Bolonya Universiteti, İsveçin Royal Texnologiya Universiteti, Danimarka Texniki Universiteti) olmaqla 15 tərəfdaş daxildir. 

 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az