Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Tələbələrimiz “Tullantıdan Sənətə” muzeyinə ekskursiya ediblər
Tələbələrimiz “Tullantıdan Sənətə” muzeyinə ekskursiya ediblər

 Mayın 24-də “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Sumqayıt Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının və Tələbə Elmi Cəmiyyətinin tərkibində fəaliyyət göstərən İqtisadiyyat Klubunun sədri Turan Şirinovun təşkilatçılığı ilə İqtisadiyyat və idarəetmə fakültəsinin 1-ci kurs tələbələri İqtisadiyyat kafedrasının dosenti Lalə Vəliyevanın və kafedranın baş müəllimi Məhəmməd Əhmədovun rəhbərliyi ilə “Tullantıdan Sənətə” muzeyinə ekskursiya ediblər.
Ekskursiya zamanı tələbələrə muzey haqqında geniş məlumat verilib, onlar burada lazımsız əşyalardan, məişət tullantılarından istifadə olunaraq hazırlanmış sənət əsərləri ilə yaxından tanış olublar.  
Qeyd edək ki, tullantılara ikinci həyat vermək məqsədilə “Tullantıdan Sənətə” muzeyi 2015-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə “Təmiz Şəhər” ASC tərəfindən “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun ərazisində yaradılıb. Muzey təbiəti tullantılardan təmizləməklə təkcə sənət əsəri deyil, eyni zamanda ekologiyanın çirklənməsinin qarşısının alınması məqsədilə xüsusi əhəmiyyət kəsb edir.

 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az