Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | "CareerLAB" şəbəkəsi üzrə panel müzakirəsi keçirildi...
"CareerLAB" şəbəkəsi üzrə panel müzakirəsi keçirildi...

 Mayın 25-də Sumqayıt Dövlət Universitetində Azərbaycan Gənclər Fondu, Gənclərin İnkişaf və Karyera Mərkəzi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının dəstəyi ilə maliyyə və iqtisadiyyat sahəsi üzrə təhsil alan, karyerasını bu istiqamətdə qurmaq istəyən, idarəetmə, psixologiya və liderlik sahəsinə marağı olan tələbələr üçün "CareerLAB" şəbəkəsi üzrə panel müzakirəsi keçirildi.
SDU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru dosent Elmar Xəlilov çıxış edərək bu cür layihələrin həyata keçirilməsini tələbələrin gələcək karyera planlaması və düzgün peşə seçimində önəmli rolundan danışdı. O, layihənin əhatə etdiyi auditoriyanın faydalanacağı məsələlərdən bəhs etdi. Bildirdi ki, müasir dövrdə cəmiyyətin gələcək inkişafı baxımından gəncliyin rolu daha aktuallaşıb. Çünki biz indi biliklərin, innovasiyaların, yeni texnologiyaların getdikcə daha çox hakim olduğu dünyada yaşayırıq. Hal-hazırda gənclərin inkişafı, ideyalarını reallaşdırmaları üçün bir çox dövlət qurumları, gənclərlə işləyən müəssisələr və gənclər təşkilatları tərəfindən müxtəlif imkanlar yaradılır. Bunun nəticəsi olaraq minlərlə gənc öz ideyasını reallaşdırmaq şansı əldə edir. Prorektor çıxışının sonunda “CareerLAB” şəbəkəsi üzrə layihənin SDU-da təşkilinə dəstək göstərən qurumlara təşəkkürünü ifadə etdi.
GİKM Abşeron-Xızı regional nümayəndəliyinin koordinatoru Sevinc Qasımova çıxış edərək “CareerLAB” şəbəkəsi haqqında məlumat verdi. Bildirdi ki, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və üzv təşkilatları, həmçinin ali təhsil müəssisələrinin karyera mərkəzləri “CareerLAB” şəbəkəsinin tərəfdaşlarıdır. Layihənin məqsədi gənclərin təhsil aldıqları ixtisas barədə məlumatlılığının artırılması, gənclərin karyera planlamasına dəstək göstərilməsi və onların şəbəkələşməsini təmin etməkdir.
Sonra panel müzakirələr başladı. Moderatorlar – Humel Psixologiya Mərkəzinin rəhbəri Taryel Faziloğlu, Sumqayıt Olimpiya İdman Kompleksinin direktoru, beynəlxalq qrossmeyster, milli komandanın uzun illər kapitanı Zeynəb Məmmədyarova, “Brain Design” şirkətinin qurucusu, karyera koçu və sahibkar Orxan Mahmudov, Bakı Mühəndislik Universitetində şöbə müdiri, təlimçi Sevil Novruzqızı çıxış edərək tələbələrin suallarını cavablandırdılar.

 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az