Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Riyaziyyat fakültəsində COP29-la bağlı infosessiya keçirilib
Riyaziyyat fakültəsində COP29-la bağlı infosessiya keçirilib
 Mayın 23-də Sumqayıt Dövlət Universitetində Riyaziyyat fakültəsinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının ev sahibliyi edəcəyi COP 29, onun ölkəmiz və dünya üçün əhəmiyyəti ilə bağlı maarifləndirmə tədbiri keçirilib.
“Yaşıl dünya naminə həmrəy olaq!” devizi ilə təqdim edilən tədbirdə fakültənin müəllim və tələbələri ilə yanaşı, Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin İnzibati təşkilat sektorunun müdiri Nicat Rüstəmov və 2 saylı Sumqayıt Regional ASAN Xidmət Mərkəzinin əməkdaşı Sənan Sadiqov da iştirak edirdi.
Tədbiri giriş sözü ilə Riyaziyyat və onun tədrisi metodikası kafedrasının müdiri dosent Məftun Heydərova açaraq COP-29 və onun Azərbaycanda keçirilməsi haqqında təqdimatla çıxış edib. Hər il bir ölkənin ev sahibliyi etdiyi “Tərəflər Konfransının (COP29)” bu il noyabrın 11-dən 22-dək Bakıda keçiriləcəyini ölkəmiz üçün yüksək prioritet kimi dəyərləndirən kafedra müdiri hər bir ölkə vətəndaşının bu məsələdə payından bəhs edib.
Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin sektor müdiri Nicat Rüstəmov COP29 və “Yaşıl Dünya Naminə Həmrəylik İli” çərçivəsində regionda görülmüş işlərlə bağlı auditoriyanı məlumatlandırıb.
Sumqayıt Regional ASAN Xidmət Mərkəzinin əməkdaşı Sənan Sadiqov bu istiqamətdə təmsil etdiyi qurumun könüllülərinin gördüyü işlər, xüsusilə gənclər arasında ekoloji maarifləndirmə ilə bağlı həyata keçirilən layihələr barədə danışıb.
Yekun olaraq Riyaziyyat fakültəsinin dekanı dosent Xalidə Həsənova çıxışında Elm və Təhsil Nazirliyinin bu istiqamətdə hazırladığı Tədbirlər Planının icrası ilə bağlı universitetdə, o cümlədən Riyaziyyat fakültəsində görülən işlər barədə məlumat verib.
Sonda tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az