Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun Təbiət elmləri fakültəsində Beynəlxalq Biomüxtəliflik Günü ilə bağlı tədbir keçirilib
SDU-nun Təbiət elmləri fakültəsində Beynəlxalq Biomüxtəliflik Günü ilə bağlı tədbir keçirilib
 Müasir ekoloji problemlər fonunda biomüxtəliflik, onların təbiət və insan həyatında əvəzsiz rolunu bir daha diqqətə çatdırmaq məqsədilə Sumqayıt Dövlət Universitetinin Təbiət Elmləri fakültəsində Biologiya kafedrasının baş müəllimi, biologiya üzrə fəlsəfə doktoru Aysel Ağayevanın təşəbbüsü ilə biologiya, həmçinin kimya və biologiya ixtisaslarında təhsil alan tələbələrin iştirakı ilə 22 may Beynəlxalq Biomüxtəliflik Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə iştirak edən Təbiət Elmləri fakültəsinin dekanı dosent Rəşad Səlimov çıxış edərək tələbələri biomüxtəliflik, biomüxtəliflik haqqında Konvensiyanın yaranma tarixi, vəzifə və öhdəlikləri haqqında məlumatlandırıb.
Fakültənin 348 saylı qrup tələbəsi Musa Əhmədov “Biomüxtəliflik və alternativ enerji mənbələri”, 343A saylı qrup tələbəsi Solmaz Rəhimova “Xəzər dənizinin biomüxtəlifliyi və müasir vəziyyəti”, həmçinin fakültə məzunu, hal-hazırda magistr təhsilini Türkiyənin Ərzurum şəhərində Atatürk Universitetinin Tibbi Mikrobiologiya fakültəsində davam etdirən Səkinə Abaszadə Zoom platformasından qoşularaq “Mantarların Biomedikal özəllikləri” mövzularında çıxışlarını təqdim ediblər.
Tədbirin ardınca “Biomüxtəliflik və təbiətin mühafizəsi” mövzusunda fakültədaxili rəsm müsabiqəsinə təqdim edilmiş rəsmlər nümayiş etdirilib və qaliblər elan olunub. O cümlədən, tələbələrin müxtəlif bitki və heyvan növlərindən yaratdıqları canlı guşə hamı tərəfindən maraqla qarşılanıb.
Beynəlxalq Bio Müxtəliflik Gününün qeyd edilməsində məqsəd tələbələrin diqqətini Yer kürəsində, o cümlədən respublikamızda flora və faunanın çoxsaylı nümayəndələrinin bərpa olunmaz şəkildə məhv olması probleminə yönəltmək və hər bir kəsin onların qorunması işinə cəlb edilməsi olub.
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az