Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da süni intellektlə bağlı seminar keçirildi
SDU-da süni intellektlə bağlı seminar keçirildi
 Mayın 22-də Sumqayıt Dövlət Universitetində SDU TEC və SDU TGT-nin nəzdində Riyaziyyat klubunun təşkilatçılığı ilə “Gələcək üçün hazırlıq” mövzusunda seminar keçirildi.
Riyazi analiz və funksiyalar nəzəriyyəsi kafedrasının baş müəllimi, Riyaziyyat klubunun spikeri Günay Rzayeva çıxış edərək seminarın əhəmiyyəti və səsləndirilən mövzuların aktuallığı, auditoriya üçün böyük maraq kəsb etməsi ilə bağlı fikirlərini bildirdi. Qeyd etdi ki, yeni texnologiyaların gündəlik həyatımıza və peşəkar fəaliyyətlərimizə necə təsir etdiyini görmək hər zaman maraqlıdır. Süni zəka bu təsirlərin ən bariz nümunələrindən biridir.
Sonra Tarix və coğrafiya fakültəsinin dekanı professor Adil Baxışəliyev mövzu ilə bağlı çıxış edərək süni intellekt erasının başlanması, süni intellektlə kainat maliyyəsi arasında əlaqə, dünyanın inkişafının müasir meyilləri barədə danışdı.
Riyaziyyat fakültəsinin tələbəsi Əli Mehrəlizadə ilə Tarix və coğrafiya fakültəsinin tələbəsi Rüstəm Abdullayev mentorluq nədir və mentorluğun əhəmiyyəti haqqında təqdimatla çıxış edərək, mentorluğun karyerada, şəxsi həyatda və peşəkar inkişafda oynadığı roldan söz açdılar.
Seminarın sonunda müzakirə olunan mövzularla bağlı geniş fikir mübadiləsi aparıldı və iştirakçıların sualları cavablandırıldı.
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az