Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “İqlim dəyişikliyinin tarixi” adlı Dəyirmi masa təşkil edilib
SDU-da “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “İqlim dəyişikliyinin tarixi” adlı Dəyirmi masa təşkil edilib
 Mayın 20-də Sumqayıt Dövlət Universitetinin Tarix və coğrafiya fakültəsinin Tarix və onun tədrisi metodikası kafedrasının təşkilatçılığı ilə 2024-cü il Azərbaycanda elan edilmiş “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “İqlim dəyişikliyinin tarixi” adlı Dəyirmi masa keçirilib.
Dəyirmi masanı giriş sözü ilə Tarix və coğrafiya fakültəsinin dekanı professor Adil Baxşəliyev açaraq bu mövzu ətrafında müzakirələri aktuallaşdıran faktorlar barədə danışıb. Ölkəmizin də tərkib hissəsi olduğu dünyanı təhdid edən problemlərdən bəhs edən fakültə dekanı hər bir elm adamının bu problemin həllində oynaya biləcəyi roldan söz açıb. Qlobal iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə çoxdan qoşulduğumuz qeyd edilərək Prezident İlham Əliyevin 25 dekabr 2023-cü ildə imzaladığı 2024-cü ilin Azərbaycan Respublikasında “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması haqqında Sərəncamın konseptual sənəd olduğu bildirilib.
Tarix və onun tədrisi metodikası kafedrasının müdiri dosent Sona Məhərrəmova ölkəmizdə ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası, artırılması və digər istiqamətdə ardıcıl işlər aparıldığını xatırlatdı. BMT İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsinin ölkəmizin bu yöndə fəaliyyətinin təqdiri olduğu qeyd olunub.
Tədbir diskussiya formatında davam etdirilib.
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az