Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş fakültələrarası basketbol yarışının qalibləri mükafatlandırıldı
SDU-da “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş fakültələrarası basketbol yarışının qalibləri mükafatlandırıldı
Sumqayıt Dövlət Universitetində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Tələbə Həmkarlar İttifaqı Komitəsi və İdman Klubunun təşkilatçılığı ilə keçirilən fakültələrarası basketbol yarışlarına yekun vuruldu.
SDU-nun təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq keçirilən yarışın nəticələrinə əsasən İqtisadiyyat və idarəetmə fakültəsinin komandası I, Mühəndislik fakültəsinin komandası II, SDU nəzdində Sumqayıt Dövlət Texniki Kollecinin komandası isə III yerə layiq görüldü.
21 may tarixində SDU-nun İdman klubunda qaliblərin təltifetmə mərasimi baş tutdu. Mərasimdə SDU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru dosent Elmar Xəlilov çıxış edərək qalibləri təbrik etdi, keçirilən bu kimi yarışların sağlam həyat tərzinin formalaşması üçün əhəmiyyətli olduğunu vurğuladı.
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az