Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun Elmi Şurasının növbəti iclası keçirildi
SDU-nun Elmi Şurasının növbəti iclası keçirildi
Mayın 21-də Sumqayıt Dövlət Universitetinin Elmi Şurasının növbəti iclası keçirildi.
Universitetin rektoru, Elmi Şuranın sədri dosent Rüfət Əzizov iclası giriş sözü ilə açaraq, Şura üzvlərini, professor-müəllim heyətini salamladı, SDU-da keçirilən “Yaşıl dünya naminə həmrəylik” Forumu haqqında qısa məlumat verdi, qeyd etdi ki, bu cür genişmiqyaslı Forumun keçirilməsi asan iş deyil, amma biz bu tədbiri kifayət qədər yüksək səviyyədə keçirdik.
Rektor forumun təşkilini, keçirilməsini, qonaqların yerləşdirilməsini, sənaye müəssisələrindən və elmi-tədqiqat institutlarından dəvət olunmuş nümayəndələrlə dəyirmi masanın keçirilməsini müsbət qiymətləndirdi və əməyi keçən hər kəsə təşəkkürünü bildirdi.Sonra Magistrantların XXIV Respublika elmi konfransını, universitetin gənc müəllimlərinin ingilis dilindən test yoxlamasından əldə etdikləri yüksək nəticələri müsbət qiymətləndirdi. SDU-nun dinamik inkişafı naminə keçirilən digər tədbirlər haqqında da məlumat verdi. Sonra gündəlikdə duran məsələlər təsdiq edildi.
Magistrantların elmi-tədqiqat, elmi-pedaqoji təcrübələrinin və attestasiyalarının nəticələri və SDU-da struktur dəyişiklikləri barədə Elm və innovasiyalar üzrə prorektor dosent Elşad Abdullayev çıxış etdi. Qeyd etdi ki, II kurs magistrantların elmi-tədqiqat, elmi-pedaqoji təcrübələri qrafikə uyğun olaraq tam yerinə yetirilmişdir. Fakültə Elmi Şuralarında II kurs magistrantların attestasiyalarının nəticələri qənaətbəxşdir.
İstedadlı, öz üzərində daim çalışan, elmi-tədqiqata həvəsi olan, akademik göstəriciləri yüksək olan, universitetin ictimai həyatında fəal iştirak edən magistrantların müəyyənləşdirilməsi və universitetin akademik heyətinin SDU-nun öz məzunları hesabına formalaşdırılması məqsədəuyğun hesab edildi.
Dosent Elşad Abdullayev Elmi hissənin Doktorantura və magistratura şöbəsi ilə birləşdirilməsi və “Magistratura,doktorantura və elm şöbəsi” adlandırılması, həmçinin şöbənin vəzifə öhdəlikləri, Elmi-tədqiqat laboratoriyalarının ləğv edilməsi barədə məlumat verdi. Bildirdi ki, SDU-nun magistratura və doktorantura səviyyələrində tədrisin və elmi-tədqiqat işlərinin səviyyəsinin yüksəldilməsi, daha çevik və dinamik sistemin yaradılması məqsədilə Doktorantura və magistratura şöbəsi ilə Elmi hissə birləşdirilərək bir struktur vahidi kimi fəaliyyət göstərəcək. Magistratura, doktorantura və elm şöbəsi SDU-da elmi-tədqiqat işlərinin keyfiyyətcə yenilənməsini, həmçinin elmi işlərin nəticələrinin beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinə daxil olan (Web of Science və SCOPUS) jurnallarda dərc olunmasına nail olmaq üçün məqsədli şəkildə müvafiq tədbirlərin həyata keçirilməsini təmin edəcək.
Çıxışdan sonra Magistratura, doktorantura və elm şöbəsinin Əsasnaməsinin növbəti Elmi Şurayadək hazırlanmasının təmin edilməsi dosent Samir Orucova və ümumi rəhbərlik Elm və innovasiyalar üzrə prorektor dosent Elşad Abdullayevə tapşırıldı.
Magistratura səviyyəsində yeni proqramlar: risklər və məsuliyyətlər barədə Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor dosent Elmar Xəlilov çıxış edərək diqqətə çatdırdı ki, Elm və Təhsil Nazirliyinin 2021-ci ildən başladığı SABAH qrupları layihəsinin magistratura səviyyəsinə 2024/2025-ci tədris ilindən SDU-da “Kibertəhlükəsizlik”, “Kompüter mühəndisliyi”, “Data analitika” ixtisasları üzrə tələbə qəbulu həyata keçirələcək, SDU-da təhsil üzrə yüksək ixtisaslı peşəkar mütəxəssislərin (təhsil liderləri) hazırlanması məqsədilə MBA-Təhsil üzrə menecment proqramının həyata keçirilməsi, 2024/2025-ci tədris ilində 060409-Biznesin idarə edilməsi ixtisası üzrə magistratura proqramı çərçivəsində tələbələrə Kurrikulumda 7 biznes və innovasiyayönümlü Biznesin təşkili və idarə edilməsi (MBA proqramı üzrə), Biznesin təşkili və idarə edilməsi (Maliyyə, MBA proqramı üzrə), Biznesin təşkili və idarə edilməsi (Təhsil üzrə menecment, MBA proqramı üzrə) fənlərindən dərslər keçiriləcək. Dərslərin bir qismi (ənənəvi fənlər) SDU kampusunda SDU-nun professor-müəllim heyəti tərəfindən, Biznes və innovasiyayönümlü fənlər isə SABAH. academy-nin yerli və xarici ekspertləri tərəfindən tədris ediləcək. Həmçinin, 2024/2025-ci tədris ilinə “Kimya mühəndisliyi” ixtisasının “Əsas üzvi sintezin kimyası və texnologiyası” və “Polimerlərin kimyəvi texnologiyası” ixtisaslaşmaları üzrə SDU-nun magistratura səviyyəsinə tələbə qəbulu planlaşdırılmışdır. Qeyd olunan ixtisaslaşmalara Kurrikulumda praktik, problemyönümlü dərslər, BP şirkətinin dəstəyi ilə yenilənmiş laboratoriyalarda tədris olunacaq. Proqram çərçivəsində ənənəvi fənlər SDU kampusunda SDU-
nun professor-müəllim heyəti tərəfindən, praktik dərslər isə sənaye müəssisələrində sənayenin təcrübəli mütəxəssisləri tərəfindən tədris ediləcək. Tədris metodlarını və pedaqoji yanaşmaları genişləndirmək məqsədilə digər yerli universitetlərdən təcrübəli müəllimlər dəvət olunacaq.
Yeni məzmunlu magistratura proqramları üzrə geniş içtimaiyyətin məlumatlandırılması məqsədilə SDU-nun Elm və innovasiyalar üzrə prorektoru dos.E.T.Abdullayev və Beynəlxalq əlaqələr üzrə prorektor dos. K.A.Abaslı tərəfindən internet üzərindən geniş miqyaslı vebinarlar keçirilmişdir.
Müxtəlif məsələlərin müzakirəsində Elmi katib professor Muxtar Səmədov çıxış edərək Bakalavriat səviyyəsi üzrə 500 baldan yüksək göstəricilərlə SDU-ya qəbul olunan tələbələrə xüsusi təqaüdün (200 azn) verilməsi və ödənişsiz yataqxana ilə təmin edilməsi haqqında məlumat verdi.
Əlavə Təhsil Mərkəzi haqqında Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor dosent Natiq Talıbov çıxış etdi. Əlavə Təhsil Mərkəzinin Əsasnaməsinin yenidən işlənməsi, təkmilləşdirilməsi, eyni zamanda Mərkəzin fəaliyyət sahəsinin genişləndirilərək universitetlərlə yanaşı orta məktəblərdən, kolleclərdən və sənaye müəssisələrindən müraciət edənlər üçün xüsusi proqram üzrə ixtisasartırma kurslarının təşkil edilməsi, sənaye müəssisələrindən ixtisasartırma kurslarında iştirak edən mütəxəssislər üçün ümumi fənlərlə yanaşı, ixtisaslarına uyğun xüsusi proqramların hazırlanması məqsədəuyğun hesab edildi.
SDU-da yaradılan Dayanıqlı İnkişaf Mərkəzinin Əsasnaməsinin təsdiqi barədə Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor dosent Elmar Xəlilov çıxış etdi və Dayanıqlı İnkişaf Mərkəzinin Əsasnaməsi təsdiq edildi.
Elmi katib professor Muxtar Səmədov tədris vəsaitlərinə nəşr hüququ (qrif) verilməsi barədə çıxış edərək qeyd etdi ki, Elmi Şuraya 2-si dərs vəsaiti, 1-i monoqrafiya və 3-ü fənn proqramı olmaqla ümumilikdə 6 adda tədris və tədris-metodik vəsait daxil olub.
Aparılan müzakirələrdən sonra tədris vəsaitlərinin nəşr olunmasına icazə verildi.
Elmi adların verilməsi ilə əlaqədar İnformasiya texnologiyaları
kafedrasının professoru Aqil Hüseynova professor elmi adı, Fəlsəfə, sosiologiya və politologiya kafedrasının dosenti Osman Hacıyevə, Xarici dillər kafedrasının dosenti Esmira Behbudovaya, Biologiya kafedrasının dosenti Kəmalə İsayevaya elmi-pedaqoji fəaliyyətə görə dosent elmi adı verilməsinə dair AAK qarşısında vəsatət qaldırılması məsələsi müzakirə olundu.
Aparılan müzakirələrdən sonra gizli səsvermənin nəticəsinə əsasən əməkdaşlara elmi ad verilməsi üçün AAK qarşısında vəsatət qaldırılmasına icazə verildi və Elmi Şura öz işini yekunlaşdırdı.
 
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az