Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da “British Council” təşkilatının nümayəndələri tərəfindən infosessiya keçirildi
SDU-da “British Council” təşkilatının nümayəndələri tərəfindən infosessiya keçirildi
 Mayın 20-də “British Council” şirkətinin Azərbaycan üzrə filialının təşkilatçılığı və Sumqayıt Dövlət Universitetinin Dil və Tərcümə Mərkəzinin dəstəyi ilə universitetdə əməkdaşlar üçün infosessiya keçirildi.
Tədbiri giriş nitqi ilə açan Dil və Tərcümə Mərkəzinin direktoru Jalə Məmmədova qonaqları sessiya iştirakçılarına təqdim edərək “Birtish Council” şirkəti ilə SDU-nun əməkdaşlığının perspektivlərindən danışdı.
“British Council”in Korporativ müştərilər üçün ingilis dili layihə rəhbəri Sevinc Ağazadə universitet əməkdaşlarına kurs barədə məlumat verərək, layihənin ingilis dili biliklərinin səviyyəsini artırmağa hesablandığını bildirdi. Dərslərin 160 akademik saat müddətində, hər dərsin həftədə üç dəfə olmaqla 2 saat 30 dəqiqə davam edəcəyi qeyd olundu. Kursun cari ilin yay müddətində və üç ay çəkəcəyi, sonda əməkdaşların inkişafını müəyyənləşdirəcək APTİS testi keçiriləcəyi vurğulandı.
Tədbirdə həmçinin, SDU-nun 40 əməkdaşının mayın 2-də iştirak etdiyi APTİS test imtahanının nəticələri əsasında hazırlanan qrup bölgüsü açıqlandı.
Daha sonra əməkdaşlar test nəticələrinə görə dil səviyyələri üzrə iki qrupa bölünərək, onlara təlim tapşırıqları təqdim olundu.
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az