Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Pedaqoji təcrübədə olan filoloqlarımız COP29 Tədbirlər planı çərçivəsində təbiətə dəstək aksiyası keçiriblər
Pedaqoji təcrübədə olan filoloqlarımız COP29 Tədbirlər planı çərçivəsində təbiətə dəstək aksiyası keçiriblər

SDU Filologiya fakültəsinin Azərbaycan dili və Ədəbiyyat müəllimliyi ixtisası üzrə təhsil alan 932 saylı qrup tələbələri pedaqoji təcrübə rəhbəri Mətanət Məhərrəmovanın təşkilatçılığı ilə şəhərimizin ekoloji təmizliyi üçün sosial aksiya keçiriblər. Tələbələrin şəhərin dənizkənarı ərazisinə daxil olan Novxanı çimərliyində keçirdikləri iməcliyin konkret nəticələrindən əlavə, təşviqi xüsusiyyəti ilə də məhsuldar sayıla bilər. Bu, Bakıda baş tutacaq COP29 kimi mötəbər tədbirə ev sahibliyi edəcək Azərbaycanda ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə ictimaiyyətin diqqət göstəricisi kimi də maraqlı hadisələrdən biridir.   Ekologiyanın filoloq dostlarının rəmzi hesab olunacaq aksiyası ilk növbədə öz həmvətənlərimizə Xəzər dənizinin ekoloji tarazılığına əməli işimizlə yardım edə biləcəyimizin göstəricisi sayıla bilər.

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az