Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | “Peşəkar Spikerlər Seriyası” çərçivəsində növbəti təlim keçirilib
“Peşəkar Spikerlər Seriyası” çərçivəsində növbəti təlim keçirilib
 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı Tədbirlər Planına əsasən Sumqayıt Dövlət Universitetinin Karyera və Məzunlarla İş Mərkəzinin təşkilatçılığı ilə “Peşəkar Spikerlər Seriyası” layihəsi çərçivəsində tanınmış spikerlərlə görüşlər davam edir.
Mayın 20-də SDU-da Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) mühəndisi Fuad Cavadzadənin iştirakı ilə növbəti təlim keçirilib.
Təlimdə SDU-nun Karyera və Məzunlarla İş Mərkəzinin direktoru Nəsibə Əmirbəyova çıxış edərək son dövrlər universitetdə gerçəkləşən tələbəyönümlü layihələrdən danışaraq bildirib ki, SDU-da ixtisaslı kadr hazırlığında yeni yanaşma və metodologiyaların tətbiqi, məzunların işlə təmin olunmasına xidmət edən Karyera və Məzunlarla İş Mərkəzinin fəaliyyətinin effektivliyinin yüksəldilməsi və elmi fəaliyyət nəticələrinin səmərəliliyinin artırılması istiqamətlərində ciddi uğurlar əldə olunur. PSS layihəsi çərçivəsində təşkil olunan təlimlərdə tələbələr iş, təcrübə imkanları, habelə müxtəlif şirkətlərin mütəxəssisləri ilə ünsiyyət qurmaq imkanı əldə edirlər. Bu təlimin də tələbələr üçün faydalı olacağını bildirən Nəsibə Əmirbəyova təlimçi Fuad Cavadzadəni iştirakçılara təqdim edib.
Qonaq spiker - Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin mühəndisi Fuad Cavadzadə təmsil etdiyi şirkətin fəaliyyəti, strategiyası və iş prinsipi haqqında məlumat verib, “Proqressiv mühəndislik” mövzusunda geniş təqdimatla çıxış edərək COP29-un əhəmiyyətindən və enerji, su ehtiyatlarından danışdı. Bildirdi ki, dünyanın hər yerində olduğu kimi, ölkəmizdə də iqlim dəyişikliklərinin fəsadlarına qarşı mübarizədə ətraf mühitin sağlamlaşdırılması, su ehtiyatlarından və enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi əsas prioritetlərdəndir. Bu istiqamətdə Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair 5 milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilib.
Sonra Fuad Cavadzadə “İstehsalat mühəndisləri üçün sorğu” kitabının təqdimatını etdi.
Tələbələr QR kod vasitəsilə Fuad Cavadzadənin 3 kitabını (“Mühəndis-mexanikin əl kitabı”, “Tullantı sutəmizləyici qurğuların istismarı” və “İtkiyə gedən suların idarə olunması beynəlxalq təcrübə”) əldə ediblər.
Sonda mövzu ilə bağlı tələbələrin sualları cavablandırılıb.
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az