Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da “Müasir informasiya-kommunikasiya texnologiyaları” mövzusunda təlim keçirilib
SDU-da “Müasir informasiya-kommunikasiya texnologiyaları” mövzusunda təlim keçirilib
 Mayın 20-də Sumqayıt Dövlət Universitetində Riyaziyyat fakültəsinin İnformatika kafedrasının təşkilatçılığı ilə kafedranın dosenti Şəhla Hüseynzadə tərəfindən “Müasir İnformasiya-kommunikasiya texnologiyaları” mövzusunda təlim keçirilib.
Şəhla Hüseynzadə təlimin əhəmiyyətindən danışaraq bildirib ki, müasir dövrdə informasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişaf etdirilməsi hər bir ölkənin intellektual və elmi potensialının vacib göstəricilərindən biridir. Bu texnologiyaların sürətli inkişafı və yayılması cəmiyyətin inkişafı üçün geniş imkanlar yaradır. Bu istiqamətdə Sumqayıt Dövlət Universitetində İKT sahəsində bilik və bacarıqların artırılması, təhsil sistemində İKT-dən istifadəyə dair biliklərin genişləndirilməsi məqsədilə müxtəlif təlimlər həyata keçirilir.
Sonra Riyaziyyat fakültəsinin II kurs tələbələri: Mirzəhra Miriyeva “İnformasiya-kommunikasiya texnologiyaları” , Mehri Fətəliyeva “Rəqəmsal texnologiya”, Adilə Mustafayeva “Bulud platformaları”, Ceyran Quliyeva “Mobil texnologiya”, Aynur Əzimova “5G texnologiyası” və İlahə Nəcəfova “İnformasiya texnologiyalarının təsirinin mənfi nəticələri” mövzularında çıxış edərək İKT üzrə savadlılığın artırılması, tədris prosesində interaktiv texnologiyalardan və elektron məzmundan istifadə haqqında məlumat veriblər.
 
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az