Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun əməkdaşı maliyyəçi və mühasiblərin Respublika forumunda iştirak edib
SDU-nun əməkdaşı maliyyəçi və mühasiblərin Respublika forumunda iştirak edib
18-19 may 2024-cü il tarixlərində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Maliyyə Elm-Tədris Mərkəzi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Respublikası Gənc Mühasiblər birliyi və Financial Chain Corporation (FCHAİN) şirkətinin təşəbbüsü və təşkilatçılığı ilə Şuşa şəhərində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101illiyinə həsr edilmiş “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” adlı Respublika forumu keçirildi.
Forumun “Qarabağın dirçəlişi maliyyəçilərin gözü ilə” adlı panel iclasında Sumqayıt Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin Maliyyə və mühasibat uçotu kafedrasının müdiri dosent Loğman Abdullayev “İqtisadi dirçəliş, yaşıl maliyyə və hesabatlılıq” mövzusunda çıxış edib.
Formun sonunda spikerlər tərəfindən dinləyiciləri maraqlandıran suallar cavablandırılıb. Form müddətində iştirakçılar Şuşa şəhərinin tarixi yerlərinə ziyarət edib, aparılan tikinti quruculuq işləri ilə yaxından tanış olublar.
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az