Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Təcrübəçi tələbələrimiz şəhid Elnur Allahverdizadəyə həsr olunmuş tədbir təşkil ediblər
Təcrübəçi tələbələrimiz şəhid Elnur Allahverdizadəyə həsr olunmuş tədbir təşkil ediblər
17 may tarixində SDU-nun Riyaziyyat fakültəsinin 433 saylı qrup tələbələri 23 saylı məktəbin şagirdləri ilə birgə 44 Günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Elnur Allahverdizadəyə həsr olunmuş tədbir təşkil etdilər. 
Əvvəlcə Sumqayıt Şəhidlər Xiyabanında şəhidin məzarı ziyarət olundu. 
Daha sonra tədbir 23 saylı məktəbdə davam etdi. Şəhidin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Daha sonra şəhidə həsr olunmuş səhnəcik nümayiş olundu. Şagirdlər şeir və mahnılar ifa etdilər. 
Tədbirdə şəhidin anası Süsən Həsənova, məktəb rəhbərliyi , universitetin Riyaziyyat fakültəsinin dekanı dosent Xalidə Həsənova, Riyaziyyat və onun tədrisi metodikası kafedrasının müdiri dosent Məftun Heydərova və metodist Leyla Nəsirova iştirak edirdi.
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az