Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | “Yaşıl dünya naminə həmrəylik ili” və COP29 Tədbirlər planı çərçivəsində “ECO-TALK” adlı forum keçirilib
“Yaşıl dünya naminə həmrəylik ili” və COP29 Tədbirlər planı çərçivəsində “ECO-TALK” adlı forum keçirilib
 Mayın 16-da Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində Abşeron- Xızı Regional Gənclər və İdman İdarəsi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Sumqayıt Dövlət Universiteti Tələbə Gənclər Təşkilatı (SDU TGT), SDU nəzdində Sumqayıt Dövlət Texniki Kollecinin Tələbə Gənclər Təşkilatı (SDTK TGT), Səhiyyə Nazirliyi Əziz Əliyev adına Sumqayıt Tibb Kollecinin Tələbə Gənclər Təşkilatı, GİKM-ın Abşeron-Xızı regional nümayəndəliyi və 2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzinin təşkilatçılığı ilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik” ilinə həsr olunması və COP29 Tədbirlər planı çərçivəsində 400 tələbə və fəal gəncin iştirakı ilə “ECO-TALK” adlı forum baş tutub.
Tədbirin rəsmi hissəsi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə öz işinə başlayıb. Daha sonra Ulu Öndər Heydər Əliyevin və bütöv Azərbaycan uğrunda canından keçmiş qəhrəmanlarımızın əziz xatirəsi ehtiram və qürur hissi ilə yad edilib.
Forumda Sumqayıt şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Fərman Kazımov açılış nitqi ilə çıxış edərək gənclərin ekoloji sahədə bacarıqlarının vacibliyini və şəhərimizin gənclərinin məhz ekoloji sahədə gördüyü işlər barəsində məlumat verərək təşkilatçılara uğurlar arzu etdi.
Daha sonra Sevgiyyə Əlizadənin moderatorluğu ilə Azərbaycan Respublikası Milli Məclisin deputatı, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, Milli Məclisin deputatı, Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Könüllülərlə iş sektorunun əməkdaşı, Gənclər Fondunun müşahidə şurasının üzvü Emiliya Bayramova və ekoloq, SDG15 üzrə gənc səfir, “Yaşıl” ekoloji təşəbbüs qrupunun rəhbəri Gülsarə Qasımova Xudiyevanın iştirakları ilə “Qlobal İqlim dəyişikliklərinin həllində COP29 konfransının əhəmiyyəti” mövzusunda panel görüşü baş tutdu.
Qeyd edək ki, Forumun əsas məqsədi “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində tələbə və gənclərin maarifləndirilməsindən ibarətdir.
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az