Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | “Never Give Up!”
“Never Give Up!”
Mayın 16-da Sumqayıt Dövlət Universitetində Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə ingilis dilində “Never Give Up!” adlı seminar keçirildi.
Seminarın qonağı Kembric Universitetinin məzunu, Celta sertifikatlı və Delta ixtisaslı ESL/EFL təlimatçısı Səbuhi Bəşirov idi.
Seminarda SDU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru dosent Elmar Xəlilov çıxış edərək qonağı və iştirakçıları salamladı, belə seminarların tələbələr üçün əhəmiyyətindən, tədrisdə müasir yanaşmalardan danışdı və Səbuhi Bəşirovu iştirakçılara təqdim etdi.
SDU TEC-in sədri Solmaz Bəhramzadə çıxış edərək xarici dil bacarığını inkişaf etdirmək məqsədi ilə təşkil olunan seminarın mahiyyətindən və universitetdə fəaliyyət göstərən Dil və tərcümə mərkəzinin tələbələr üçün təşkil etdiyi kurs və layihələrdən söz açdı.
Sonra Səbuhi Bəşirov dil öyrənmə tarixçəsini iştirakçıların diqqətinə çatdıraraq, xarici dil öyrənmənin və öyrətmənin xüsusi metodları barədə məlumat verdi. Bildirdi ki, xarici dil öyrənmək bütün dövrlərdə olduğu kimi müasir dövrdə də, aktual və zəruri məsələlərdən biridir. Dil öyrənmək üçün müxtəlif metodik yanaşmalar, proqramlar var. Xarici dil öyrənmək üçün qərar vermədən öncə motivasiya olmalıdır. Yəni dili öyrənmə səbəbi, bu dilin verə biləcəyi töhfə və faydalar müəyyən ediməlidir. Əgər öyrəndiyiniz dili istifadə etməkdə məqsədiniz yoxdursa, dili sistemli bir formada öyrənmək üçün həvəs və motivasiyanız olmayacaq.
Səbuhi Bəşirov həmçinin dil bilməyin üstünlüklərindən də danışaraq qeyd etdi ki, xarici dil bilmək uğurlu gələcək və peşəkar karyera həyatımızın inkişafıdır. Xarici dil bilmə bu gün bir çox şirkət, müəssisə və qurumlarda tələb olunan bir bacarıqdır.
Təlimçi tələbələrə universitetdə ingilis dilini öyrənmələri üçün yaradılan imkanları düzgün dəyərləndirməyi tövsiyə etdi və tələbələri maraqlandıran sualları cavablandırdı.
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az