Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | “SOCAR Midstream Operations” MMC tərəfindən SDU-nun Elmi kitabxanasının fonduna 8 adda kitab hədiyyə olunub
“SOCAR Midstream Operations” MMC tərəfindən SDU-nun Elmi kitabxanasının fonduna 8 adda kitab hədiyyə olunub
 
“SOCAR Midstream Operations” MMC tərəfindən ingilis dilindən tərcümə olunan 8 adda 80 nüsxə ədəbiyyat Sumqayıt Dövlət Universitetinin Elmi kitabxanasının fonduna hədiyyə olunub. Bu ədəbiyyatlar universitetin professor-müəllim və tələbə heyəti üçün nəzərdə tutulmuş maraqlı və dəyərli dərs vəsaitləridir. Kitabların sırasında “İqtisadi inkişaf”, “Ali makroiqtisadiyyat”, “Beynəlxalq siyasi iqtisad”, “Kimya mühəndisliyi dizaynı”, “Biotexnologiya”, “Karpın hüceyrə və molekulyar biologiyası” və digər nəşrlər yer alır.
Qeyd edək ki, akademik dərsliklərin Azərbaycan dilinə tərcüməsi və nəşri “SOCAR Midstream Operations” MMC və onun Cənubi Qafqaz Boru Kəməri layihəsindəki tərəfdaşların dəstəyi ilə həyata keçirilib. Ədəbiyyatlar bu sahədə ixtisaslaşan təhsil müəssisələrinə və insanlara SOCAR və onun tərəfdaşlarının hədiyyəsidir.
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az