Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Tələbələrimizin muzeylərə ekskursiyası təşkil olunub
Yerləşdirilmə tarixi : 13 May 2024 21:05
Tələbələrimizin muzeylərə ekskursiyası təşkil olunub
Mayın 10-da Sumqayıt Dövlət Universitetinin Tarix və coğrafiya fakültəsinin 823 saylı qrupunun təcrübəçi tələbələri pedaqoji təcrübə rəhbərləri Şəhla Əhmədovanın və Aynurə Əfəndiyevanın rəhbərliyi ilə paytaxtda yerləşən bir neçə muzeyə ekskursiya ediblər.
Ekskursiya zamanı tələbələr Xalq Təhsili Muzeyini, Milli Azərbaycan Tarix Muzeyini və Azərbaycanın məşhur xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin xatirəsini əbədiləşdirmək məqsədilə onun yaşayış mülkündə yerləşən 9 otaqdan ibarət xatirə muzeyini ziyarət ediblər, muzeylərdə maraqlı tarixi məlumatlarla tanış olublar. Tələbələrə ölkə əhəmiyyətli memarlıq abidələri və eksponatlar barədə ətraflı məlumat verilib. Onlar xüsusi istifadə olunan məişət, əşya və geyim nümunələri, foto və sənət əsərləri ilə tanış olub, muzeylərin kolleksiya fonduna tamaşa ediblər. 
 
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az