Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Tələbələrimiz Baytarlıq Elmi Tədqiqat İnstitutunda olublar
Tələbələrimiz Baytarlıq Elmi Tədqiqat İnstitutunda olublar
Mayın 7-də SDU-nun Təbiət elmləri fakültəsinin 343 və 348-ci qrup tələbələri Biologiya və onun tədrisi metodikası kafedrasının baş müəllimi Aysel Ağayevanın rəhbərliyi ilə Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Elmi Tədqiqat İnstitutunda (BETİ) və institutun nəzdində fəaliyyət göstərən Baytarlıq klinikasında olublar.
BETİ - nin direktoru Siyala Rüstəmova və direktor müavini Səhman Bayramov tələbələrə institutun yaranma tarixi, aparılan tədqiqat işləri, məqsəd və perspektivləri haqqında məlumat veriblər.
Sonra tələbələr institutun parazitologiya, quş xəstəlikləri, virusologiya və immunologiya, balıq və arı xəstəlikləri şöbələrində aparılan tədqiqat işləri, ev və kənd təsərrüfatı heyvanlarının xəstəlik törədiciləri, onlara qarşı effektiv müalicə üsulları, laboratoriyaların yeni avadanlıqları və onların iş psinsipləri haqqında məlumatlandırılıblar. Həmçinin tələbələr BETİ - nin nəzdində fəaliyyət göstərən Baytarlıq klinikasında heyvanlar üçün nəzərdə tutulmuş stasionar, terapiya, toksikologiya, dermotologiya, oftalmologiya, cərrahiyyə, USM, rentgen, biokimya laboratoriya şöbələri ilə də yaxından tanış olublar.
 
Mətbuat xidməti
 
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az