Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da “GreenAgroHack” hakaton yarışması ilə bağlı infosessiya təşkil olunub
SDU-da “GreenAgroHack” hakaton yarışması ilə bağlı infosessiya təşkil olunub
Mayın 2-də Sumqayıt Dövlət Universitetində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar İnnovasiya Mərkəzi, Azərbaycan Texniki Universiteti, “Bilişim Vadisi” Bakı Mərkəzinin təşkilatçılığı və bir sıra İnkubasiya, Akselerasiya mərkəzlərinin tərəfdaşlığı ilə keçiriləcək “GreenAgroHack” yarışması ilə bağlı infosessiya təşkil olunub.
Hakaton yarışması barədə tələbələrə ətraflı məlumat verilib, daha sonra kənd təsərrüfatını əhatə edən startap layihələrdə innovasiyaların tətbiqi ilə bağlı videoçarxlar nümayiş olunub.
SDU-nun rektoru dosent Rüfət Əzizov çıxışında bu cür yarışların əhəmiyyətini xüsusi vurğulayaraq Aqrar İnnovasiya Mərkəzinin yeni layihəsinin tələbələrə gələcək karyera inkişafı üçün yeni imkanlar yaradacağını bildirib və universitetdə bu istiqamətdə müxtəlif layihələrin həyata keçirildiyini, tələbələrin oxşar müsabiqələrdə uğurlarını qeyd edib.
Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov “GreenAgroHack” yarışmasının 15-17 may 2024-cü il tarixlərində Bakı Ekspo Mərkəzində 17-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgisi çərçivəsində başlayacağını bildirdi. 29 saat, 29 dəqiqə, 29 saniyə davam edəcək yarışlarda gənclərin rəqabət şəraitində biliklərinin yoxlanılması, kənd təsərrüfatı sahəsi üzrə müxtəlif proqram, innovativ məhsul müsabiqəsi olduğu bildirildi.
Hakatonda azı iki fərqli universitetin tələbələrindən formalaşdırılan, maksimum 5 nəfərdən ibarət komanda və ya fərdi şəkildə müraciətlərlə qatılmağın mümkünlüyünü qeyd edən Anar Cəfərov yaş senzinin olmadığını qeyd edib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
 
 
Mətbuat xidməti
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az