Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Sumqayıt Dövlət Universitetində IELTS imtahanına təşviqlə bağlı üçtərəfli əməkdaşlıq müqaviləsi imzalanıb
Sumqayıt Dövlət Universitetində IELTS imtahanına təşviqlə bağlı üçtərəfli əməkdaşlıq müqaviləsi imzalanıb
Mayın 3-də Sumqayıt Dövlət Universiteti (SDU), Təhsilin İnkişafı Fondu (TİF) və Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) arasında “Universitetlərin elmi-pedaqoji heyətin və təhsilalanların IELTS imtahanına təşviq edilməsi haqqında” üçtərəfli əməkdaşlıq müqaviləsi imzalanıb.
Tədbiri SDU-nun rektoru Rüfət Əzizov iştirakçıları salamlayıb, universitetin fəaliyyət istiqamətləri barədə məlumat verərək açıb. 6 fakültədə bakalavriat və magistratura təhsili verən klassik universitet modelinə malik SDU-da təhsilverən və təhsilalanların ingilis dili səviyyəsinin yüksəldilməsi məqsədilə hazırlıq kursları, imtahanların təşkili kimi həyata keçirilən cari təşəbbüslərdən bəhs edilib. Eyni zamanda, Rüfət Əzizov müasir dövrdə ingilis dili bacarıqlarının vacibliyini qeyd edib, universitetdə ingilis dilində tədrisin aparılması ilə bağlı planlar haqqında məlumat verib.
Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov çıxışında Fondun ümumi fəaliyyəti, strateji hədəfləri və layihənin əhəmiyyətindən danışıb. Qeyd edilib ki, müqavilə özündə elmi-pedaqoji heyət və tələbələrin ingilis dili bacarıqlarının inkişaf etdirilməsi fəaliyyətinin dəstəklənməsi çərçivəsində üçtərəfli əməkdaşlığı ehtiva edir. Elnur Nəsibov universitetdə TİF tərəfindən, həmçinin Dayanıqlı İnkişaf Mərkəzinin fəaliyyətinə dəstək olacağını bildirdi.
Təhsildə Keyfiyyət Təminatı Agentliyi İdarə Heyətinin sədri Tural Əhmədov çıxış edərək əmək bazarında dil biliklərinin rolunu qeyd edib və bu istiqamətdə həyata keçirilən layihələrdən söz açıb. O, bildirib ki, IELTS imtahanına təşviq edilməsi ilə bağlı layihə müəllim və tələbələrin gələcək nailiyyətlərinə öz müsbət təsirini göstərəcək.
Görüşdə, həmçinin qarşılıqlı əməkdaşlığın qurulmasında birgə fəaliyyətin təşviqi imkanları müzakirə olunub.
Tədbirin sonunda üçtərəfli əməkdaşlıq müqaviləsi SDU-nun rektoru, dosent Rüfət Əzizov, TİF-in İdarə Heyətinin sədri Elnur Nəsibov və TKTA-nın İdarə Heyətinin sədri Tural Əhmədov tərəfindən imzalandı.
 
Mətbuat xidməti
 
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az