Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Gənclər Fondunun nümayəndəsinin tələbələrimizlə görüşü
Gənclər Fondunun nümayəndəsinin tələbələrimizlə görüşü

Dekabrın 28-də universitetimizdə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun nümayəndəsi 8-ci qrant müsabiqəsinin yekununa dair görüş keçirdi.
Universitetin Humanitar Məsələləri üzrə prorektor, dosent Nizami Namazov qonaqları salamlayaraq qeyd etdi ki, Gənclər Fondunun yaradılması əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən Dövlət Gənclər Siyasətinin məntiqi nəticəsidir. Dövlət gənclər siyasəti – gənclərin öz bilik və bacarıqlarının, təbii potensialının effektli reallaşdırılmasını, cəmiyyətdə layiqli yer tutmasını təmin edən şəraitin yaradılması məqsədilə dövlət tərəfindən müəyyən edilmiş prioritetlər və həyata keçirilən tədbirlər sistemidir. Bu gün universitetimizdə tələbələr arasında belə görüşlərin keçirilməsi gənclər arasında rəqabət hissini artıracaq, yeni lahiyələr üzərində calışmağa sövq edəcək.
İclasda Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Strateji Planlaşdırma və Beynəlxalq Əlaqələr sektorunun baş məsləhətçisi Vüsalə Niftəliyeva qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu 19 dekabr 2011 - ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və Sərəncamı ilə yaradılmışdır. Bu günə qədər yüzlərlə fərdi gəncin və təşkilatın təşəbbüslərini dəstəkləyən Gənclər Fondu qısa müddətdə böyük uğurlara imza atmışdır. Gənclər Fondu gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş fəaliyyətlərin stimullaşdırılmasını, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramların qrant şəklində maliyyələşdirilməsini təmin edən qurumdur. Fond indiyə qədər qrant müsabiqəsi keçirib, məqsədimiz vətəndaş cəmiyyətinin fəaliyyətində gənclər təşkilatının rolunun gücləndirilməsidir. O, Fondun 8-ci qrant müsabiqəsini elan edilməsi, fiziki şəxslərə beynəlxalq tədbirlərdə iştirak qrantının verilməsi qaydalarına dəyişikliklərin edilməsi, Fondun fəaliyyətini tənzimləyən bir sıra normativ hüquqi sənədlərin təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması və s. məsələlər daxil edildiyini bildirdi. Vüsalə xanım onu da diqqətə çatdırdı ki, Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış gənclər təşkilatları “A” (yerli layihələr) və “B” (beynəlxalq layihələr) kateqoriyalarında, 16-29 yaş həddində olan fiziki şəxslər isə “C” (fərdi layihələr) kateqoriyası üzrə Fonda layihələr göndərirlər. Müsabiqənin istiqamətləri sırasına dini radikallıq və ekstremizmə qarşı maarifləndirici tədbirlərin təşkili, internat və uşaq evləri məzunlarının, eləcə də penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş yeniyetmə və gənclərin sosial adaptasiyasına yardım, 2017-ci ildə Azərbaycanda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları ilə bağlı təbliğat kampaniyasına ictimai dəstək və s. yeni mövzular əlavə edilib. Layihələrin təqdim olunması üçün 1 ayadək müddət (18 dekabr 2015-ci il - 15 yanvar 2016-cı il) müəyyənləşdirilib. Müsabiqə başa çatdıqdan sonra Fondun əməkdaşları layihə təkliflərinin qeydiyyatını aparır, onları kateqoriyalar üzrə qruplaşdırıb, daxil olan sənədlərin Müşahidə Şurasının təsdiq etdiyi formalara uyğunluğunu yoxlayıb, resipiyentlərin əvvəlki müsabiqələr çərçivəsində icra etdikləri layihələrin hesabatlılıq vəziyyətini müəyyənləşdirərək  fərdi layihələrin müəllifləri ilə söhbət aparırlar. Texniki ekspertizanın nəticələri ilə bağlı hər bir layihə haqqında arayış hazırlanır və Müşahidə Şurasına təqdim edilir. Ətraflı müzakirələr nəticəsində Müşahidə Şurasının üzvləri kateqoriyalar üzrə müvafiq layihələrin dəstəklənməsini məqsədəuyğun sayılması haqqında qərar qəbul olunur. Bir sözlə Azərbaycan Gənclər Fondu gənc nəslə öz istedadını müəyyən etməyə, özünü cəmiyyətə təqdim etməyə və beləliklə, ölkəmizin inkişafına töhfə verməyə yardım edir. 
Görüş diskussiya şəklində davam etdi.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az