Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | “Açıq qapı” günləri öz işini başa vurdu
“Açıq qapı” günləri öz işini başa vurdu
Sumqayıt Dövlət Universitetinin və Abşeron-Xızı Regional Təhsil İdarəsinin birgə təşəbbüsü ilə şəhərimizdə yerləşən orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinin universitetlə tanışlıq məqsədi ilə mərhələli şəkildə təşkil olunan “Açıq qapı” günləri mayın 1-də öz işini başa vurdu.
Görüşlərdə şagirdlər universitetin fəaliyyəti, maddi-texniki bazası, fakültələri, ixtisasları və ən müasir tələblərə cavab verən laboratoriyaları haqqında məlumatlandırıldılar. Sonra şagirdlər universiteti gəzərək Heydər Əliyev Mərkəzi, auditoriyalar, müasir avadanlıqla təchiz olunmuş zəngin laboratoriyalarla, həmçinin tələbələrin asudə vaxtlarının səmərəli təşkili üçün universitetin həyətində yaradılan şahmat lövhəsi, süni örtüklü futbol, voleybol və basketbol meydançaları, stolüstü oyunlar üçün qurulmuş guşələrlə və “Tələbə evi” ilə yaxından tanış oldular.
Görüşlərdə qeyd olundu ki, universitet məktəblərlə də əlaqələrini genişləndirir. Məktəblilərdə elmə maraq yaratmaq məqsədilə Sumqayıt Dövlət Universiteti böyük missiyanı yerinə yetirərək mütəmadi olaraq müxtəlif ixtisaslar üzrə fənn olimpiadaları təşkil edir, universitetin elmi rəhbərliyi ilə “Sabahın alimləri” müsabiqəsində Sumqayıt məktəblilərinin istedad, bacarıq və potensialının aşkara çıxarılması istiqamətində böyük işlər görülür və nailiyyətlər əldə edilir.
Sumqayıt Dövlət Universitetinin bu addımını yüksək qiymətləndirən məktəb nümayəndələri universitet rəhbərliyinə təşəkkürlərini ifadə ediblər.
 
Mətbuat xidməti
 
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az