Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da fizionomist Rəşad Əhmədovla görüş keçirildi
SDU-da fizionomist Rəşad Əhmədovla görüş keçirildi
Aprelin 30-da Sumqayıt Dövlət Universitetdə SDU-nun Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə fizionomist Rəşad Əhmədov tərəfindən “Üz cizgiləri” mövzusunda tədbir keçirildi.
Tədbirdə universitetin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru dosent Elmar Xəlilov çıxış edərək tədbirin maraqlı mövzuya həsr olunduğunu, üz cizgilərinin insanın daxili aləmi və şəxsi keyfiyyətləri barədə bir çox məlumatlar verdiyini və insan şəxsiyyətinin anlaşılmasında xüsusi rola malik olduğunu bildirdi. Fizionomist Rəşad Əhmədovu iştirakçılara təqdim etdi.
Sonra fizionomist Rəşad Əhmədov üz cizgilərinin insan haqqında kifayət qədər informasiya verməsindən söz açdı. İnsanları bir-birindən necə ayırmaq, üz quruluşlarına görə onların xarakterini necə fərqləndirmək xüsusiyyətləri haqqında ətraflı məlumat verdi. Qeyd etdi ki, insan cizgilərindən danışarkən ilk növbədə gözlərə önəm vermək lazımdır. Çünki insan gözü onun qəlbinin aynasıdır. İnsanın düşüncələrini onun gözlərinə baxaraq, bilmək olur. Yalan danışan insan həmsöhbətinin gözünün içinə baxmaqdan çəkinir, gözlərini yayındırır. İnsanın saçları, burnu, yanaqları, dodaqları da xüsusi məna daşıyır. Fizionomist bu istiqamətdə maraqlı faktları diqqətə çatdırdı.
Tədbirdə bədən dili bacarıqları, mimika və jestləri anlamağın yolları və s. kimi mövzularda da geniş fikir mübadiləsi aparıldı.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırıldı.
 
Mətbuat ximəti
 
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az