Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun Dil və Tərcümə Mərkəzinin təşkilatçılığı ilə “GREEN VISION” adlı seminar keçirilib
SDU-nun Dil və Tərcümə Mərkəzinin təşkilatçılığı ilə “GREEN VISION” adlı seminar keçirilib
Aprelin 30-da “Yaşıl dünya naminə həmrəylik” ili çərçivəsində Sumqayıt Dövlət Universitetinin Dil və Tərcümə Mərkəzinin təşkilatçılığı ilə “Green Vision” adlı ingilis dilində seminar keçirildi. Seminarda Dil və tərcümə mərkəzinin əməkdaşları ilə yanaşı, Celt kollec ilə birgə təşkil edilmiş ingilis dili kurslarının tələbələri  və qonaqlar iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan Mərkəzin direktoru Jalə Məmmədova iştirakçıları salamladı, məruzəçiləri təqdim edərək Mərkəzdə ingilis dili öyrənən tələbə və əməkdaşlara uğurlar arzuladı.
Tədbirdə Mühəndislik fakültəsinin Avtomatika və idarəetmə kafedrasının əməkdaşı Nübar Quliyeva “Necessity of Automation in our life” (Avtomatlaşmanın həyatımızdakı vacibliyi), Təbiət elmləri fakültəsinin Biologiya və onun tədrisi metodikası kafedrasının baş müəllimi Mehriban Məmmədova “Renewable and nonrenewable resources” (Bərpa olunan və bərpa olunmayan mənbələr), Mühəndislik fakültəsinin II kurs tələbəsi Əli Qurbanov “Hazards of Batteries” (Bateryaların yaratdığı təhlükələr), İqtisadiyyat və idarəetmə fakültəsinin II kurs tələbəsi Nicat Rəhimov “Alternativ enerji mənbələri” adlı təqdimatlarla çıxış ediblər.
 
Mətbuat xidməti
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az