Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Tələbələrimiz “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Şamaxı Safari Parkına ekskursiya ediblər
Tələbələrimiz “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Şamaxı Safari Parkına ekskursiya ediblər
Aprelin 27-də “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində SDU-nun Təbiət elmləri fakültəsinin Biologiya və onun tədrisi metodikası kafedrasının əməkdaşları dosent Zərbab Ağayevanın və Azərbaycanın “Qırmızı Kitabı” müəlliflərindən dosent Rafiq Hüseynovun rəhbərliyi ilə Biologiya və biologiya müəllimliyi ixtisası üzrə təhsil alan tələbələrin Şamaxı rayonunda yerləşən Pirqulu dağ-meşə massivi ərazisində salınmış Safari Parkına ekskursiyası təşkil edilmişdir.
Ekskursiyanın keçirilməsində məqsəd tələbələrin ekoloji sahədə maarifləndirilməsi, müxtəlif növ heyvan cinslərinin tanıdılması, nəsli kəsilməkdə olan canlıların qorunması, onlara qayğının təbliği və müvafiq sahədə praktik biliklərin əldə edilməsindən ibarətdir.
Ekskursiya zamanı tələbələrə park ərazisində yayılan müxtəlif heyvan növləri, ərazinin biomüxtəlifliyi haqqında ətraflı məlumat verilmiş və onlar Altay maralı, Avstraliya dəvəquşusu-Emu, Xallı maral, Nəcib maral, Alpanka, Lama, Bizon, Tovuzquşu və s. kimi canlılarla yaxından tanış olmuşlar.
Qeyd edək ki, ölkə Prezidenti İlham Əliyevin 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə “Azərbaycanda ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi” təsdiq edilib. Həmin sənədə əsasən, Şamaxı rayonunun Pirqulu dağ-meşə sahəsində 620 hektar ərazinin hüdudları içərisində 480 hektar ərazi beynəlxalq standartlara uyğun çəpərlənərək vəhşi heyvanlar üçün ekoloji qoruq - Şamaxı Safari Parkı yaradılıb. Buraya Latviya, Polşa, Slovakiya, Çexiya və Macarıstan təsərrüfatlarından genetik qiymətli heyvanlar gətirilərək xüsusi mühafizə olunan əraziyə buraxılıb.
 
Mətbuat xidməti
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az