Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-dan Ekolinqvistika üzrə layihə iştirakçılarının danimarkalı mütəxəssis Stefen Con Kouli ilə zoom platformasında görüşü keçirildi
SDU-dan Ekolinqvistika üzrə layihə iştirakçılarının danimarkalı mütəxəssis Stefen Con Kouli ilə zoom platformasında görüşü keçirildi
Aprelin 24-də Sumqayıt Dövlət Universitetindən Ekolinqvistika üzrə layihə iştirakçılarının (dosent Günel Paşayeva, professor Nigar İsgəndərova, dosent Mətanət Məhərrəmova, baş müəllim Jalə Məmmədova, İlahə Musayeva və Gülnar Həsənova) Danimarkanın Siddansk Universiteti, Humanitar fakültəsinin Mədəniyyət və Kommunikasiya tarixi İnstitutunun professoru, Avropanın Ekolinqvistika üzrə aparıcı mütəxəssisi Stefen Con Kouli ilə zoom platformasında görüşü baş tutdu. 
Görüşdə Ekolinqvistikanın tarixi və gələcək taleyi, layihənin elmi ideyası, nəzəri bazası, təcrübi və praktiki əhəmiyyəti, tədqiqi sahəsi ilə bağlı geniş müzakirələr aparıldı. Professor Stefen Con Kouli tərəfindən layihənin tədqiqat planının həyata keçirilməsi ilə bağlı müəyyən tövsiyələr verildi. Bildirildi ki, Ekolinqvistika avropalı alimlərdən Haugen (1971) və Halliday (1990) tərəfindən yaradılsa da, 50 yaşı olmasına baxmayaraq, 2014-cü ildə “Dil Elmləri” jurnalının xüsusi buraxılışından (redaktoru S. Steffensen) sonra və Çində bu sahənin yüksəlişi ilə o, “Yeni Ekolinqvistika” elm sahəsinə çevrildi. 
2014-cü ildən başlayaraq bir çox alimlərin tədqiqatları (Stibbe, Alexander və b.) ekoloji diskursun təhlilindən kənara çıxmaqla insan və vəhşi təbiət, insanların öz aralarındakı münasibətləri dəyişdirməyə yönəlmişdir. Buna görə də, bir tərəfdən iqlim fəlakətlərinin qarşısının alınması üçün ekolinqvistika ilə digər elmlər arasında əlaqə yaratmağa, digər tərəfdən isə, yerli, regional və milli münasibətlərin inkişafı yolunda (məs., Çinin nümunəsindən istifadə edərək Ekoloji sivilizasiya qurmaq) əməkdaşlıq yollarını axtarmağa çalışır. Bu məsələdə diqqəti linqvistik köklərin zəngin (lakin hələ də müəyyən edilməmiş) fənlərarası sahəsinə necə uyğunlaşmasına və böyüməsinə yönəldilir. 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az